Abşeronda DƏHŞƏT: üç qohumunu balta ilə... – Cinayət işi

Abşeron rayonunda əmisi, əmisinin arvadı və əmisi qızını balta ilə öldürməkdə, bir nəfərə isə xəsarət yetirməkdə təqsirləndirilən Sərxan Həşimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Ona hüquq və vəzifələri izah olunub. Məhkəmənin baxış iclası martın 7-ə təyin edilib. Xatırladaq ki, ötən il iyulun 3-də 1974-cü il təvəllüdlü S.Həşimovun Abşeron rayonu, Digah qəsəbəsi, Q.Qarayev küçəsi ərazisində qisas niyyəti ilə əmisi Hicran Həşimov, əmisinin arvadı Zümrüd Haşımova və əmisi qızı Xəyalə Kərimovaya balta ilə çoxsaylı xəsarətlər yetirməklə onları xüsusi amansızlıqda qəsdən öldürməsi, daha sonra Mehdiabad qəsəbəsi ərazisində qəsəbə sakini Ələsgər Hüseynova həmin balta ilə çoxsaylı xəsarətlər yetirməklə xuliqanlıq niyyətilə qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında S.Haşımova Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 29,120.2.2, 29,120.2.4 və 29,120.2.10-cu (xüsusi amansızlıqla iki və ya daha çox şəxsi öldürmə və xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla təkrarən qəsdən adam öldürməyə cəhd) maddələri ilə yekun ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, təqsirləndirilən şəxs bundan öncə 3 dəfə məhkumluq həyatı yaşayıb. 2 məhkumluğu ödənilib.3-cü məhkumluğu isə C.M -nin 177.2.4-cü maddəsi ilə olub.Saxlanılan zaman üzərində məhkumluğu olub./Report

Rusiyada qan donduran hadisə: 17 yaşlı ana uşağını pəncərədən atdı

Rusiyanın Voronej şəhərində yeni doğulmuş oğlunu pəncərədən atan 17 yaşlı qıza qarşı cinayət işi açılıb. Bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə istintaq idarəsinin mətbuat xidməti məlumat yayıb. 17 yaşlı qız diri, normal körpə dünyaya gətirib və dərhal ondan xilas olmaq qərarına gəlib. Gənc ana çox düşünmədən körpəsini dördüncü mərtəbədən yerə atıb. İki gün sonra yerli sakinlər evin həyətində dəhşətli mənzərə ilə rastlaşıblar və hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşlarını çağırıblar. O vaxta qədər həkimlər baş, döş qəfəsi və qarın nahiyəsindən ciddi xəsarət alan yeni doğulmuş oğlan uşağına artıq kömək edə bilməyiblər. Müstəntiqlər şübhəlini, eləcə də onun qohumlarını və qonşularını dindirəcək, baş verənlərin səbəblərini müəyyənləşdirəcəklər. Mənbə: gazeta.ru

Arvadının qohumunu armaturla döyən şəxsə HÖKM OXUNDU

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Elgün Malıyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, üç il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. İttihama görə, hadisə 12 avqust 2023-cü il tarixdə, saat 22 radələrində İmişli rayonu, Yalavac kəndində qeydə alınıb. Belə ki, Elgün Malıyev yaşadığı evin küçə qapısı qarşısında həmyerlisinin idarə etdiyi “Nissan Sunny” markalı avtomobili saxlayıb, qohumu, zərərçəkmiş Elman Səfərovla (soyadı şərti) söhbət etdiklərini görüb. Bu zaman o, həmin şəxslərə yaxınlaşaraq, avtomobilə minib sürüb çıxıb getmələrini tələb edib. Sonra onun zərərçəkmiş şəxslə arasında mübahisə yaranıb. Nəticədə Elgün əsəbiləşərək həyətinə keçib, küçə darvazasının arxasında yerə sancılmış armatur parçasını əlinə götürüb. O, yenidən  küçəyə çıxaraq Elmanın qarın nahiyəsinə armatur parçası ilə bir dəfə qəsdən vuraraq, ona xəsarət yetirib. Hadisədən sonra Elgün Malıyev cinayət məsuliyyətinə cəlb edilib. Qeyd edək ki, zərərçəkmiş Elman Səfərov təqsirləndirilən Elgün Malıyevin qayınatasının əmisi nəvəsidir.(Pravda.az)

Göyçayda toya gələn qonaqlardan 2-si öldü

Göyçay rayonunda toya gələn qonaqlardan ikisi ölüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayon ərazisində qeydə alınıb. İlkin məlumata görə, rayonun Şahsoltanlı kənd sakini şənliyin keçirildiyi mərasim zalına çatan zaman özünü pis hiss edib. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan Tünzalə Məhiyevanın həyatını xilas etmək mümkün olmayıb. Ailə üzvlərinin sözlərinə görə, yaşlı qadın bir neçə ildir ürək xəstəliyindən müalicə alırmış. Hadisədən bir neçə saat sonra eyni toya dəvət alan 37 yaşlı Vilayət Məmmədov mərasimdən çıxaraq evinə gedib, özünü pis hiss etdiyi üçün xəstəxanaya çatdırılıb. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq o xəstəxanada vəfat edib. İlkin ehtimala görə şəxs ürəktutmasından dünyasını dəyişib.

Gözdən əlil qadın səhvən sirkə turşusu içərək ÖLDÜ

Abşeron rayonunda 70 yaşlı qadın sirkə içərək ölüb. Sozcu.az xəbər verir ki, hadisə keçmiş məcburi köçkünlər üçün tikilən şəhərcikdə qeydə alınıb. Birinci qrup gözdən əlil, 1954-cü il təvəllüdlü Abdullayeva Gözəl Qafar qızı yaşadığı ünvanda səhvən sirkə içib. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda zəlzələ oldu

Azərbaycan ərazisində zəlzələ qeydə alınıb. Bu barədə Sozcu.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Saatlı ərazisində qeydə alınan zəlzələnin maqnitudası 3.9-dur. Zəlzələ hiss olunub.

Bakıda 4 yaşlı uşaq küçəyə atıldı

Bakıda 4 yaşlı uşaq küçəyə atılıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. O, bildirib ki, azyaşlı gecə saatlarında polis tərəfindən küçədə tapılaraq, sığınacağa yerləşdirilib. Onun anası tərəfindən atıldığı qeyd olunur.

25 yaşlı oğlan valideynlərini və qardaşını öldürdü - Dəhşət

17:04 Bakının Xətai rayonunda bir ailənin üç üzvü qətlə yetirilib. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, fevralın 13-də saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Bikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. *** Baş Prokurorluq Xətai rayonunda bir ailənin üç üzvünün öldürülməsi ilə bağlı məlumat yayıb. Bildirilib ki, qətl hadisəsi mübahisə zəminində baş verib. Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Sumqayıtda yeniyetmə qız dəm qazından öldü

Sumqayıt sakini dəm qazından boğularaq ölüb. Sozcu.az xəbər verir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində 13.06.2008-ci il təvəllüdlü Fatimə Elvin qızı Nurəliyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

3 uşaq evdə diri-diri yandı

Rusiyanın Krasnodar diyarının Yujnı kəndində fərdi yaşayış evində yanğın baş verib. Sozcu.az yerli KİV-ə istinadla bildirir ki, yanğın barədə səhər tezdən məlumat verilib. Həmin vaxt evdə bir qadın və 5 aylıqdan 9 yaşa qədər olan altı uşağı olub. Ana üç uşağı xilas etsə də, qalanları ölüb. İlkin məlumata görə, yanğına səbəb uşaqların nəzarətsiz qalması olub. Ananın sözlərinə görə, uşaq oynayan zaman alışqan götürərək şkafdakı əşyaları yandırıb. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə "Ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma" ilə cinayət işi açıb. O da məlum olub ki, ana övladlarını saxlamaq və tərbiyə etmək vəzifələrini yerinə yetirmədiyinə görə dəfələrlə inzibati məsuliyyətə cəlb edilib.

Mingəçevir sakini tir tüfəngi ilə öldürüldü

Mingəçevir sakini odlu silahdan açılan atəşlə öldürülüb. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib. Saat 22 radələrində şəhər sakini 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub. A.Əhmədova tir tüfəngindən atəş açmaqda şübhəli bilinən Sadiq Yusifov saxlanılıb. Araşdırma aparılır.

Xocavənddə partlayış: xəsarət alan var

Xocavənddə arıçılıq təsərrüfatında partlayış olub, xəsarət alan var. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib. Qeyd olunub ki, bu gün saat 09:30 radələrində Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması bağlı polisə məlumat daxil olub. 1996-ci il təvəllüdlü Samir Füzuli oğlu Ələsgərov əlindən xəsarət alıb. Vətəndaş xəstəxanaya təxliyə edilib. Faktla bağlı araşdırma aparılır.