Neftçalada 25 yaşlı gənc Kür çayında batıb.
Sozcu.az xəbər verir ki, hadisə iyunun 24-ü günorta saatlarında Bankə qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 1999-cu il təvəllüdlü Babayev Rəhim Qurbanəli oğlu Kürdə çimmək üçün evdən çıxıb.
Bir neçə saat sonra onun paltarları Kürün sahilində tapılsa da, özünü tapmaq mümkün olmayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət dalğıc-xilasediciləri cəlb olunub. Klinikalar
Hazırda axtarışlar davam etdirilir.