Həcc ziyarətində ölən zəvvarlar içərisində Azərbaycan vətəndaşı yoxdur.
Bu barədə Sozcu.az-a Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.
“Azərbaycanlılar sağ-salamatdır, rəhmətə gedənlər arasında vətəndaşlarımız yoxdur”, - QMİ-dən qeyd edilib.
İdarədən əlavə olaraq bildirilib ki, zəvvarlar artıq ziyarətlərini bitirmək üzrədirlər, ayın 26-sından sonra vətənə qayıdacaqlar.
Qeyd edək ki, şiddətli istilər səbəbindən Həcc ziyarəti zamanı 922 zəvvarın öldüyü haqda məlumat yayılıb.