Direktorla müəllim arasında dava - Təcili yardım çağırıldı

Ötən tədris mövsümünün sonundan etibarən qalmaqallı xəbərlərlə gündəmə gələn 25 saylı 11 illik musiqi məktəbində daha bir hadisə yaşanıb.  Əldə etdiyimiz məlumata görə, bu gün səhər saatlarında məktəbin yeni təyin edilmiş direktoru ilə pedaqoji heyət arasında növbəti dəfə qalmaqal yaranıb.  Bildirilir ki, müəllimlərdən birinin ürəyi gedib və musiqi məktəbinə təcili tibbi yardım çağırılıb.  vakansiyalar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Bakupost.az -a verilən məlumata görə, 06.09.2024-cü il tarixində saat 11:00 radələrində 25 nömrəli musiqi məktəbindən quruma çağırış daxil olub:  "Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və 61 yaşlı şəxsə (qadın cinsli) təzyiq ilə əlaqədar yerində yardım göstərilib".  Məktəblə əlasə saxlasaq da telefonlara cavab verən olmadı.  Qeyd edək ki, may ayında da sözügedən musiqi məktəbində direktor Becan Hüseynovla qadın müəllimlərdən biri arasında yaranan mübahisədən sonra pedaqoqun üstünə təcili tibbi yardım çağırılmışdı. 

Azərbaycan Ordusunun hərbçisi intihar etdi

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abbasov Vəli Asəf oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə Respublika Hərbi Prokurorluğu məlumat yayıb. Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib: azal vakansiya "Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq".

Bakıda külək güclənib

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 05-i saat 18:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi şimal-qərb küləyi arabir güclənib. Sozcu.az xəbər verir ki, bu barədə Xidmətdən məlumat verilib. Sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Neftçalada 20 m/s-dək güclənib. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR -da 35, Aran rayonlarında 35, dağlıq rayonlarda 23 dərəcəyədək isti qeydə alınıb.

Biləsuvarda zəlzələ: dağıntı və insan xəsarəti... - FHN

Biləsuvar rayonunda qeydə alınan zəlzələ zamanı hər hansı dağıntı və ya insan xəsarəti olmayıb. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - deyə nazirlikdən bildirilib. Qeyd edək ki, yerli vaxtla saat 10:45-də Biləsuvar rayonunda 54 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.

Azərbaycanda 15 nəfər suda boğularaq ÖLÜB - RƏSMİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu ilin iyul və avqust ayları ərzində Bakı şəhəri üzrə suda boğulma hadisəsi ilə bağlı 38 nəfərin müraciəti qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə mərkəz məlumat yayıb. Qeyd olunub ki, suda boğulanlardan 32-si kişi, 6-sı qadın olub: "Onlardan 16 nəfər xəstəxanaya təxliyə olunub. 6 nəfərə yerində yardım göstərilib. 15 nəfərin isə həkiməqədər ölüm faktı, 1 nəfərin isə yardımdan imtinası qeydə alınıb".

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Elçin Əliyevin anası Ulduz Əliyeva vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Onun uzunsürən xəstəlik səbəbilə dünyasını dəyişdiyi bildirilib. Qeyd edək ki, Elçin Əliyev 4 mart 1994 - cü ildə Mingəçevirdə anadan olub. O, 2016-cı il Aprel döyüşlərində iştirak edib. E. Əliyev 2020-ci ildə Talış kəndi uğrunda gedən döyüşlər zamanı şəhid olub. Prezidentin Sərəncamına əsasən, “Suqovuşanın azad olunmasına görə” medalı ilə (ölümündən sonra) təltif edilib.

Məktəb direktoru işçisi tərəfindən bıçaqlandı

F.Əliyarov adına Astara şəhər 6 nömrəli tam orta məktəbinin direktoru Ülviyyə Bayramova məktəbin gözətçisi Halik Əli oğlu Nəcəfov tərəfindən bıçaqlanıb. Sozcu.az Bizim.Media-ya istinadla xəbər verir ki, Halik Nəcəfov bir müddət əvvəl məktəbdə katibə işləyən və direktorla aralarında yaranan münaqişəyə görə bu ilin aprel ayında tutduğu vəzifədən uzaqlaşdırılan Validə Məmmədovanın həyat yoldaşıdır. Direktorla keçmiş katibəsi arasındakı mübahisə "işə qəbul"ə görə yaranıb və mübahisə məhkəməyə qədər gedib çıxıb. Ülviyyə Bayramova ağır vəziyyətdə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilkin tibbi yardımdan alandan sonra o, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı Halik Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Bakıda qadın sürücü qəza törətdi: ölən var

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Almaz Əliyeva idarə etdiyi "Toyota RAV 4" markalı avtomobillə 1963-cü il təvəlllüdlü Lazım Talıbovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Almaniyada qadın bıçaqla 5 nəfəri yaralayıb

Almaniyanın qərbindəki Zigen şəhərində (Şimali Reyn-Vestfaliya federal ərazisi) qadının avtobusda bıçaqla hücumu nəticəsində azı 5 nəfər yaralanıb. Bu barədə "Bild" qəzeti yazıb. Nəşrin məlumatına görə, hadisə avqustun 30-da saat 19:40 (Bakı vaxtı ilə saat 21:40) radələrində baş verib. Xəsarət alanlardan üçünün vəziyyəti ağırdır. Yaralılar xəstəxanalara çatdırılıb. Polisin məlumatına görə, avtobus festival üçün Zigenə gedirmiş. Hadisə zamanı avtobusda azı 40 sərnişin olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları bunun terror aktı olduğuna inanmırlar. Hadisə yerinə polis əməkdaşları gəlib və qadın saxlanılıb. Qadının 32 yaşı var, milliyyətcə almandır, ruhi xəstə və narkotikin təsiri altında ola bilər. Şahidlər dindirilib, avtobusun digər sərnişinlərinə psixoloji yardım göstərilib.

Göygöldə ağır qəza: 1 ölü, 4 yaralı

Göygöl rayonunda 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub. Sozcu.az xəbər verir ki, hadisə Hacıməlik qəsəbəsində qeydə alınıb. "Hunday" və VAZ markalı avtomobillərin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü R.Muradov aldığı xəsarətdən dünyasını dəyişib. Qəza zamanı daha 4 nəfər - 1986-cı il təvəllüdlü T.Babayev, 1989-cu il təvəllüdlü N.Həsənova, 1995-ci il təvəllüdlü Ə.Aslanov və 1992-ci il təvəllüdlü E.Həsənzadə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Göygöl Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Bakıda dəhşət: İki yaşlı uşaq eyvandan yıxılaraq öldü

Bakıda 2 yaşlı uşaq eyvandan yıxılaraq ölüb.  Hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib.  09.04.2022-ci il təvəllüdlü Süleymanov Rövşən Həzi oğlu yaşadıqları mənzilin 3-cü mərtəbəsindən yıxılıb.  vakansiya Onu 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırsalar da, xəstəxanada dünyasını dəyişib./Bakupost.az/ 

Qubada ağır qəza: 1 ölü, 12 yaralı

09:07 Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Sozcu.az-a verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində “Mersedes” markalı sərnişin mikroavtobusu ilə “Şevrolet” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir. *** Qubada baş verən qəza zamanı bir nəfər ölüb, 12 nəfər xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Quba regional qrupundan məlumat verilib. *** Avqustun 29-da saat 08:00 radələrində Quba-Xaçmaz yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 12 nəfər (7-si qadın cinsli, 5-i kişi cinsli olmaqla) müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir. Qeyd edilib ki, qəza nəticəsində 1957-ci il təvəllüdlü şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.