Daşkəsəndə binada partlayış: xəsarət alan var

Daşkəsəndə mənzildə qaz sızmasından partlayış olub.

Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə Daşkəsən şəhərinin M.Əsədov küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.

Belə ki, sözügedən ünvada yerləşən üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində partlayış olub. Nəticədə ev sahibi 52 yaşlı Nadir Sadıqov yanıq xəsarətləri alıb. O xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Hadisə nəticəsində xəsarət alan şəxslə bağlı TƏBİB-in yaydığı məlumatda qeyd edilir ki, Daşkəsən rayon sakini 1972-ci il təvəllüdlü Nadir Telman oğlu Sadıqov 24 oktyabr saat 05:45 radələrində yanıq xəsarətləri ilə akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə bədən səthinin 30-39 faiz sahəsinin termiki yanığı, tənəffüs yollarının dəqiqləşdirilməmiş lokalizasiyalı termiki yanığı diaqnozu ilə gətirilib.

Pasiyentə zəruri tibbi yardım göstərilib.

Hazırda müalicə və müayinəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

Share on Facebook