64 yaşlı kişi parkda gənc qızı bıçaqladı

Göyçayda 64 yaşlı kişi 21 yaşlı qızı parkda bıçaqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. Qeyd edilib ki, dünən Göyçay şəhər sakini Cəlalə İsmayılovanın bıçaq xəsarətləri alması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Göyçayda 1959-cu il təvəllüdlü Elbrus Əliyev 21 yaşlı Cəlalə İsmayılovanın üz nahiyəsinə bıçaqla xəsarət yetirib. Hadisə şəhər ərazisində yerləşən parkların birində baş verib. Belə ki, onların arasında yaranan mübahisə zamanı C.İsmayılova E.Əliyevin ünvanına nalayiq ifadələr işlədib və sonuncu bundan əsəbiləşərək qadına üzərində daşıdığı bıçaqla xəsarət yetirib. Keçirilən tədbir zamanı ona rayon sakini E.Əliyev tərəfindən bıçaqla xəsarət yetirildiyi müəyyən edilib. Hər iki şəxsin izahatları alınıb və müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırma aparılır.

Məhkəmə məşhur “kriminal avtoritet” barədə QƏRAR VERDİ

“Lotu Quli”nin ən sadiq adamlarından olan “Vəhşi Arman” ləqəbli Arman Cumagəldiyevin həbs müddəti yenidən uzadılıb. Sozcu.az xəbər verir ki, bu barədə Almatı Şəhər Məhkəməsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Cumagəldiyevin həbs müddəti daha iki ay uzadılıb. “Almatı İxtisaslaşdırılmış Rayonlararası İstintaq Məhkəməsinin 6 aprel 2023-cü il tarixli qərarı ilə ibtidai istintaq orqanının vəsatəti təmin edilib və Cumagəldiyevin həbs müddəti 2023-cü il iyunun 7-dək uzadılıb”, – məlumatda deyilir. Qeyd edək ki, 2022-ci il yanvarın 7-də Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi kriminal avtoritet “Vəhşi Arman”ın Almatıda saxlanılması barədə məlumat yayıb. Arman Cumagəldiyevlə birlikdə onun qruplaşmasının üzvü olduğu ehtimal edilən daha 5 nəfər saxlanılıb. Baş Prokurorluğun məlumatına görə, kriminal avtoritet yanvar iğtişaşları zamanı insanları oğurlayıb.

Azərbaycanda hərbçilər qəzaya düşdü

Goranboyda avtomobil aşıb, 5 hərbçi xəsarət alıb. Sozcu.az xəbər verir ki, hadisə Yeniyol-Xanqərvənd kəndləri istiqamətindən keçən magistral yolda baş verib. VAZ-2105 markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 5 hərbçi müxtəlif bədən xəsarətləri alıb. Onlar dərhal xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Neftçalada 56 yaşlı qadın intihar edib

Neftçala rayonunda intihar hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, hadisə rayonun Yuxarı Qaramanlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1967-ci il təvəllüdlü Qasımova Gülnaz Hafiz qızı özünü yaşadığı evin həyətindəki talvardan asaraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.report

DƏHŞƏT: Salyanda 8-ci sinif şagirdi intihar edib - FOTO

Salyan rayonunda intihar hadisəsi olub. Sozcu.az xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində baş verib. Səkkizinci sinif şagirdi Cavadzadə Mirələm Niyaməddin oğlu özünü yaşadığı evdə asıb./APA

Bakıda bank soyuldu: 300 min manat…

Bakıda bankdan külli miqdarda pul oğurlanıb. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Belə ki, banklardan birinin filialından ümumilikdə 300 min manatdan çox pul oğurlanıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, keçirilən əməliyyat tədbirləri nəticəsinə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanlıb. Araşdırmalar davam edir.

Goranboyda atəş səsləri eşidildi — Saxlanılanlar var

Goranboyda odlu silahdan atəş açan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə rayonun Rəhimli kənd qəbiristanlığında atəş səsləri eşidilməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və atəş açan şəxs tərkisilah edilib. İlkin araşdırmalar nəticəsində Rəhimli kənd sakini, əvvəllər məhkum olunmuş Qədir Şirinzadə sərxoş vəziyyətdə mərhum atasının qəbir daşını vaxtında düzəlmədiyini əsas gətirərək qəbiristanlığa gəlmiş, orada 2 dəfə havaya 2 dəfə isə qəbir daşları düzəldən şəxsin minik avtomobilinə atəş açıb. Q. Şirinzadə maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Azərbaycanda zəlzələ oldu

Mingəçevir su hövzəsində zəlzələ olub. Bu barədə Sozcu.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib. Qeyd edilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:37-də Mingəçevir stansiyasından 33 km şimal-qərbdə Mingəçevir su hövzəsi daxilində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Erməni özlərinin basdırdığı minaya düşdü

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində mina partlayışı qeydə alınıb. Sozcu.az xəbər verir ki, Xocavənddə qanunsuz məskunlaşan ermənilərdən biri özlərinin basdırdıqları minaya düşüb. Xəstəxanaya yerləşdirilən şəxsə sol ayağın travmatik amputasiyası diaqnozu qoyulub. Məlumata görə, həmin gün 3 erməni Qırmızı Bazar istiqamətində qulançar yığmağa gedib. Onlardan biri minaya düşüb.

Fəhlələri daşıyan maşın aşdı - 5 ölü

Türkiyədə fəhlələri daşıyan maşın aşıb. Hadisə zamanı 5 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb. Hadisə Karamanda dağ yolunda baş verib. Cip model maşın Aybastı kəndi yaxınlığındakı ərazidə idarəetməni itirib. Qəza yerinə xilasedicilər cəlb edilib.

Hərbçimiz avtomobil qəzasında həlak oldu

Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Tovuz rayon Düz Cırdaxan kənd sakini, 1995-ci il təvəllüdlü Emin Nizami oğlu Məmmədov qəza nəticəsində dünyasını dəyişib. E.Məmmədov Azərbaycan Ordusunun hərbi qulluqçusu olub.

Dəməşqdə avtomobil partladıldı

Suriyanın paytaxtı Dəməşqdə minalanmış avtomobil partladılıb. Sozcu.az xəbər verir ki, bu barədə paytaxt polisi məlumat yayıb. Hadisə şəhərin Mezzeh rayonunda baş verib. “Mezze rayonunda park edilmiş avtomobildə olan partlayıcı qurğu işə düşüb. Xəsarət alanlarla bağlı məlumat yoxdur”, - deyə bildirilib. Hadisə yerinə yanğınsöndürənlər gəlib.