Gəncədə Vətən müharibəsi qazisi dünyasını dəyişib.
Sozcu.az xəbər verir ki, şəhər sakini 1992-ci il təvəllüdlü Əhmədov Eşqin Fazil oğlu huşsuz vəziyyətdə xəstəxanaya gətirilib.
Həkimlərin müayinəsi zamanı Eşqin Əhmədovun dünyasını dəyişdiyi məlum olub. Məlumata görə, E.Əhmədov ürəktutmasından ölüb.
Faktla bağlı Gəncə şəhər Prokrorluğunda araşdırma aparılır.
Xatırladaq ki, Eşqin Əhmədov 3-cü qrup əlilidir. O, ailəli olub, bir övladı var.