Ukrayna kəşfiyyatı: Rus aerodromlarına hücumlar...

Ukrayna Baş Kəşfiyyat İdarəsi tərəfindən koordinasiya edilən gizli qruplar iki aerodromda rus bombardmançı təyyarələrinə PUA-larla zərbələr endiriblər. Sozcu.az xəbər verir ki, bu barədə Baş Kəşfiyyat İdarəsindəki mənbə NV-yə danışıb. Mənbənin sözlərinə görə, son bir neçə gündə diversiya qrupları aralarında strateji bombardmançılar da olmaqla 5 rus təyyarəsini sıradan çıxarıblar. Belə ki, avqustun 19-da Ukrayna kəşfiyyatı ilə əməkdaşlıq edən agentlər Novqorod vilayətindəki “Soltsı” hərbi aerodromuna hücum ediblər. Rusiyanın 1 ədəd Tu-22M3 bombardmançısı və daha iki təyyarəsi məhv edilib. Mənbə bildirib ki, avqustun 21-də də Kaluqa vilayətindəki Şaykovka aerodromuna edilən hücum zamanı daha iki rus bombardmançısı ciddi zədələnib. Qeyd edək ki, Novqorod vilayətinə hücum zamanı Tu-22M3 borbardmançıların birinin məhv edildiyi, digərinin ciddi zədələndiyi haqda ötən gün məlumat yayılmışdı.

Əbülfəz Elçibəyin vəfatından 23 il ötür - Anım günü

Bu gün milli azadlıq hərəkatının lideri, Azərbaycan Respublikasının mərhum prezidenti (1992-1993) Əbülfəz Elçibəyin anım günüdür. Sozcu.az xatırladır ki, Ə.Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. 1962-ci ildə universiteti bitirərək, təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək, 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. Ə.Elçibəy 80-ci illərin sonlarında Azərbaycanda başlayan milli azadlıq hərəkatının rəhbərlərindən, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri olub. 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Ə.Elçibəy 1 il sonra Gəncə hadisələri ilə əlaqədar paytaxtı tərk edərək, Kələki kəndinə gedib. Daha sonra siyasi fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib. Xərçəng xəstəliyindən əziyyət çəkən Ə.Elçibəy 2000-ci il avqustun 22-də 62 yaşında Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub.

Prokuror BSU-nun sabiq şöbə müdirinə 8 il cəza istədi

Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə yekunlaşmaq üzrədir. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı təqsirləndirilən Dürdanə Əliyevanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini, eyni zamanda zərərçəkmişlərə dəyən ziyanın ödənilməsini istəyib. Proses sentyabrın 8-də davam etdiriləcək. Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent D.Əliyeva barəsində araşdırma aparılıb. D.Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

544-cü gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 544-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 257 930 hərbçi, 4358 ədəd tank, 8449 ədəd zirehli döyüş maşını, 5264 ədəd artilleriya sistemi, 719 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 489 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7692 ədəd avtomobil texnikası, 4309 ədəd PUA, 1406 qanadlı raket, 18 gəmi/qayıq, 794 xüsusi avadanlıq itirib.

Rusiyanın 489 hava hücumundan müdafiə sistemi məhv edilib

Ukrayna müharibənin 543-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 257 470 hərbçi, 4346 ədəd tank, 8435 ədəd zirehli döyüş maşını, 5233 ədəd artilleriya sistemi, 717 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 489 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7680 ədəd avtomobil texnikası, 4304 ədəd PUA, 1406 qanadlı raket, 18 gəmi/qayıq, 790 xüsusi avadanlıq itirib.

Bayden Putini məsxərəyə qoydu və Rusiyanın Ukraynaya qarşı savaşda uduzduğunu açıqladı...

O deyib ki, Putinin Ukraynaya genişmiqyaslı işğalla bağlı əsaslandırması “gülməli”dir. ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya genişmiqyaslı işğala başlamazdan əvvəl qarşıya qoyduğu məqsədlərə çatmaq şansının olmadığını və müharibəni uduzduğunu deyib. Sozcu.az xəbər verir ki,  “CNN”-in yaydığı məlumata görə, Bayden bunu Yaponiyanın baş naziri Fumio Kisida və Cənubi Koreya prezidenti Yun Suk Yol ilə üçtərəfli sammitdən sonrakı çıxışı zamanı deyib. ABŞ prezidenti deyib ki, Rusiya diktatoru Putinin Ukraynaya genişmiqyaslı işğalı ilə bağlı arqumenti “gülməli”dir. "Rusiya artıq uduzub. O, bəyan etdiyi ilkin məqsədinə çata bilmir. Bu, mümkün deyil..."- deyə ABŞ lideri bildirib. Bundan əlavə, o, qeyd edib ki, Rusiyanın Ukraynaya təcavüzünün nəticələri Avropadan çox-çox kənara çıxır. "Təsəvvür edin, əgər biz heç nə etməsəydik... Və bu dərhal aydın oldu ki, ... bunun hər yerdə baş verə biləcəyi bir vəziyyətdəyik. Biz dayansaq, bu, Tayvanla bağlı Çinə hansı siqnal olacaqdı? Bütün dünya üçün hansı siqnal olacaqdı?" "-  deyə ABŞ prezidenti sual edib. Bayden bildirib ki, Rusiya İkinci Dünya Müharibəsindən sonra belə görünməmiş  bir miqyasda müharibə aparıb, ona görə də bu, təkcə Avropanın problemi deyil. O, həmçinin Tokionun Rusiya təcavüzü ilə bağlı mövqeyini qeyd edib və bəyan edib ki, Yaponiya “həmçinin “G7”-də güclü liderlik nümayiş etdirib və Ukraynaya maliyyə və humanitar yardıma, eləcə də qeyri-öldürücü hərbi texnika ilə (təmin etmək) yardıma mühüm töhfə verib”. Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Co Baydenin administrasiyasının Ukraynaya yardımın artırılması xahişi ilə Konqresə müraciət etdiyi bildirilirdi. Bundan əlavə, ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin NATO-nun Ukraynanın ərazilərdən imtina edərək Alyansa qoşulması imkanlarını müzakirə etmədiyini daha əvvəl xəbər vermişdik.

Zelenskinin formulu üzərində işləyirik - Bayden

ABŞ Ukrayna Prezidenti Vladimir Zelenskinin “sülh formulu” əsasında münaqişənin həlli yollarını tapmaq üçün Kiyev nümayəndələri ilə daim işləyir. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib. “Sülhə gəlincə, bizim hamımız onu istəyirik. Hər şeydən çox isə ukraynalılar istəyir. Mənim komandam sülh formulu və “Ukraynasız Ukrayna haqqında heç nə” prinsipi üzərində prezident Zelenskinin komandası ilə sıx əməkdaşlıq edir. Onlarla daima görüşürük”, - Bayden bildirib.

BMT Nigerdə üsyançılarla danışıqlar aparmaq üçün xüsusi nümayəndə göndərir

BMT Baş katibi Antoniu Quterreş Nigerə siyasi böhranın sülh yolu ilə həlli üçün xüsusi nümayəndə göndərir. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Baş katibin nümayəndəsi Stefan Düjarrik bildirib. Xüsusi nümayəndə Santos Simao tezliklə Nigerin paytaxtı Niameydə olacaq. Orada o, dövlət çevrilişinin təşkilatçıları ilə görüşəcək Simao onları Nigeri konstitusiya nizamına qaytarmağa və Bazumu azad etməyə çağıracaq. Dujarrikin sözlərinə görə, Santos Simao ECOWAS və digər maraqlı tərəflərlə daimi əlaqə saxlayır.

Rusiyanın itkiləri 257 minə yaxınlaşır

Ukrayna müharibənin 541-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 256 510 hərbçi, 4332 ədəd tank, 8410 ədəd zirehli döyüş maşını, 5193 ədəd artilleriya sistemi, 714 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 486 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7658 ədəd avtomobil texnikası, 4276 ədəd PUA, 1406 qanadlı raket, 18 gəmi/qayıq, 773 xüsusi avadanlıq itirib.

Baxmutda Rusiya helikopteri məhv edildi

Rusiya ordusuna məxsus K-52 helikopteri məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk məlumat yayıb. Məlumata görə, helikopter Baxmut istiqamətində vurulub.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 16-sı saat 17:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Birəli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Qəzaya düşən blogerin son durumu açıqlandı

Avqustun 15-i qəzaya düşən bloger Nicat Mütəllimovda müayinələr zamanı sağ və solda birinci qabırğanın sınığı aşkarlanıb. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diqanozu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilən pasiyent Nicat Mütəllimovun vəziyyəti stabil olaraq qalır. Müayinələr zamanı pasiyentdə sağ və solda birinci qabırğanın sınığı da aşkar olunub. Hazırda dinamiki müşahidə və müalicəsi davam etdirilir.