Vasif Talıbov məhkəməyə verilir

Naxçıvanda fəaliyyət göstərən və bütün varidatı zorla əlindən alınan Türk iş adamı Əli Sərdar Oba Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovu məhkəməyə verməyə hazırlaşır. Sozcu.az xəbər verir ki, bu barədə Ovqat.com-a məlumatı iş adamının özü verib. Onun sözlərinə görə, Azərbaycan Baş Prokurorluğuna bu barədə müraciət edib və qurumdan rəsmi şəkildə Vasif  Talıbovu "məhkəməyə ver” razılığı alıb.  İş adamı iddiasının rəsmi dəlili kimi Baş Prokurorluqdan ona göndərilən məktuba istinad edir. Məktubda yazılır ki, iş adamının şikayətinə Baş Prokurorluğun İstintaq idarəsində baxılmış, Cinayət Məcəlləsinin 179 3.1, 308.2. 311 3.1,  311. 3.2, 311. 3. 3 və 311 3.4-cü maddələri ilə ibtidai istintaq aparılmış, 232006021 nömrəli cinayət işinə əlavə edilmişdir. İbtidai istintaq zamanı iş adamının müraciətindəki xüsusatların mülki xarakterli olduğu təsbit olunmuş və aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Ali Sərdar Obanın iddiasına görə, Vasif Talıbov ona 13 milyon 700 min dollar borcludur. Baş Prokurorluqdan göndərilən məktubda isə dollar yanlışlıqla manat olaraq göstərilib.

Rusiyanın bu şəhərində bina üzərindəki elektron lövhədə Putinə ağır söyüş yazıldı...-FOTO

Rusiyanın Tümen vilayətinin Surqut şəhərində yerləşən "SİA-PRESS" xəbər agentliyinin binasının fasadındakı elektron lövhədə Putinə ədəbsiz müraciət olan hərəkətli yazı xətti peyda olub. Sozcu.az  "UNİAN"xəbər verir ki, müvafiq video sosial şəbəkələrdə yerləşdirilib. Müraciət müəllifləri Rusiya rublunun bir dollar üçün 100 vahidə düşməsindən hiddətlənib. “100 rubldan dollara? Putin "tı ...yel, tı ..ylo i vor"!"("Putin sən......... oğrusan?") "SİA-PRESS" xəbər agentliyi dərhal bunun təxribat olduğunu bildirib. “Vəziyyət bizim üçün xoşagəlməz, gözlənilməz və  hiddətləndiricidir, orada yerləşdirilən təxribat xarakterli mesajlar dərhal silinib”, - deyə agentlik rəhbərliyi yazıb. Bina sahiblərinin dediyinə görə, Rusiya liderinə söyüşlü müraciət xüsusi olaraq yay festivalı günü, onun yanından çoxlu sayda insanın keçdiyi vaxt yayılıb. Rusiyada rublun çöküşü haqda son xəbərlər... Xatırladılır ki, Rusiya rublu inkişaf etməkdə olan bazarlar arasında ən pis valyutalar üçlüyündə нук фджи. Ötən gün o, üçrəqəmli həddi keçib. Eyni zamanda, Rusiya hökumətinin başçısı Mixail Mişustin həyasızcasına deyir ki, onların iqtisadiyyatı guya uyğunlaşıb və “kifayət qədər sabit artım nümayiş etdirir”. Rusiyalı təbliğatçı Vladimir Solovyov canlı yayımda gileylənib ki, artıq xaricdə Rusiyaya gülürlər.

BSU-nun sabiq şöbə müdirinə qarşı daha 35 min manatlıq mülki iddia qaldırıldı

Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi keçirilən iclasda daha 7 nəfər zərərçəkmiş kimi tanınıb. Zərərçəkmiş şəxslər onlara dəyən 35 min manat ziyanın geri qaytarılması üçün mülki iddia qaldırıb. Məhkəmə prosesi avqustun 21-də davam etdiriləcək. Bundan əvvəl Bakı Slavyan Universiteti tərəfindən Dürdanə Əliyevaya qarşı 218 min manat məbləğində mülki iddia qaldırılıb. Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent D.Əliyeva barəsində araşdırma aparılıb. D.Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Rusiya işğalçı ordusunda panika artır, fərari, alkoqolik və narkomanların sayı çoxalır...

Rusiya işğalçıları arasında panika artır və fərarilərin sayı çoxalır.  Sozcu.az “UNİAN”-a istinadla xəbər verir kiŞ Ukrayna Ordusu Baş Qərargahının səhər xülasəsində bildirildiyinə görə, müvəqqəti işğal altında olan Xerson vilayətinin Qornostayevka kəndində ruslar özləri üçün hərbi patrul xidməti tətbiq ediblər. Patrulçular və komendaturanın hərbi qulluqçuları öz əsgərləri arasında fərarilər tapmaq üçün hər evi gəzirlər. Mütəmadi içib sərxoş olan və narkotik istifadə edən işğalçıların sayında da xeyli artım var. Qeyd olunur ki, komandanlıq belə hərəkətlərə ona görə əl atır ki, Rusiya Federasiyasının qəsəbəyə və onun yaxınlığına yeni gəlmiş hərbi qulluqçuları arasında təkcə fərarilərin deyil, həm də hərbi xidmət zamanı spirtli içkilər və narkotiklərdən istifadə edənlərin sayı da xeyli artıb. İşğalçılar xidmət yerlərindən qaçaraq tərk edilmiş binalarda gizlənməyə çalışırlar”, - deyə idarədən bildirilib. “UNİAN”-ın daha əvvəl xəbər verdiyi kimi, iyunun əvvəlində 90-a yaxın rus əsgəri Luqansk vilayətinin Arapovka rayonundan qaçıb. Bu yaxınlarda isə Zaporojye vilayətində Xəzər flotiliyasından olan 50-yə yaxın etnik dağıstanlı silahları sıradan çıxararaq döyüşməkdən imtina ediblər.

Krıma dronlarla hücum edildi - Körpüdə hərəkət dayandırıldı

Rusiya ordusu işğal altında olan Krım yarımadasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edildiyini bildirib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Krım yarımadasına hücum edən 20 PUA zərərsizləşdirilib. Rusiya hücuma görə Ukraynanı ittiham edib. Rəsmi Kiyev hücum barədə heç bir açıqlama verməyib. Nazirlik "Telegram" mesajlaşma proqramında yazıb ki, hücum cəhdi nəticəsində heç bir itki və dağıntı yoxdur. Bildirilib ki, 14 dron hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib, altısı isə radioelektron mübarizə vasitələri ilə sıradan çıxarılıb. Krımın Rusiya tərəfindən təyin edilən "qubernatorunun müşaviri" Sergey Kryuçkov bir müddət əvvəl hava hücumundan müdafiə sistemlərinin işə düşdüyünü açıqlayıb. Yarımadanı Rusiyanın Krasnodar bölgəsi ilə birləşdirən Krım körpüsündə hərəkət təxminən iki saat dayandırılıb.

Moskvaya PUA hücumu: “Vnukovo” hava limanı bağlandı

Moskvaya yenidən PUA hücumu olub. Sozcu.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumata görə, PUA hücumu səbəbindən “Vnukovo” hava limanı müvəqqəti bağlanıb.

Erməni hərbçi öldü

Avqustun 10-da Ermənistan ordusunun hərbi qulluqçusu Jora Zohrabi Karapetyan naməlum şəraitdə güllə yarası alıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin hansı şəraitdə baş verdiyi ilə bağlı araşdırma başladılıb.

Moskva aeroportlarında bütün reyslər dayandırıldı

Moskvanın 3 böyük hava limanında reyslərin kütləvi şəkildə təxirə salınması və ləğv edilməsi baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatə məlumat yayıb. Məlumata görə, ümumilikdə 37 təyyarə plan üzrə uçmayıb. “Vnukovo”da 9 təyyarə saxlanılıb. “Domodedovo”da 15 reys təxirə salınıb, 8-i isə ləğv olunub. “Şeremetyevo”da da 5 aviareysin tarixi dəyişdirilib.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun maşınının qapısını açmayan qazi işdən çıxdı - VİDEO

Coşqun Məmmədov Barat Yusifovdan şikayətçidir. Sozcu.az news24-a istinadla xəbər verir ki, “Yeni Kilinika”nın rəhbəri Barat Yusifov ehtiyatda olan polkovnik leytenant Coşqun Məmmədova TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun avtomobilin qapısını açmasını tələb edib. Coşqun Məmmədov isə işinin qapı açmaq olmadığını deyıb. Lakin klinikanın rəhbəri israr edib. Coşqun Məmmədov “Mən kiminsə qapısını açan şəxs deyiləm” deyərək öz ərizəsi ilə işdən çıxıb. Bütün bunlara qazimiz RTV-yə müsahibəsində aydınlıq gətirib:

Putinlə heç vaxt danışıq olmayacaq - Ukrayna

Kiyev Moskva ilə yalnız rus qoşunlarının Ukrayna ərazisindən çıxarılacağı danışıqlara hazırdır, lakin Putinlə deyil. Sozcu.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib. “Məqsədə müharibə və diplomatiyanın birləşməsi yolu ilə nail olmaq olar. Ukrayna generalları Rusiya qüvvələrini geri çəkilməyə sövq etməli, Xarici İşlər Nazirliyi isə imkan daxilində dialoqla məşğul olmalıdır. Amma bizə aydındır ki, biz heç vaxt Putinlə Zelenskini bir masa arxasında görməyəcəyik”, - Kuleba bildirib.

“5-6-cı sinifdə oxuyan qızlar elə geyinirlər ki, adam dəhşətə gəlir” - ETİRAZ

"Uşaqlıqda hər kəsin bir istəyi olur - böyümək. Amma böyüdükdən sonra hamı uşaqlığına dönmək istəyir, yaşaya bilmədiyi, bəyənmədiyi anları yenidən yaşamaq istəyir.  Zaman qurşağı fərqli insanlar yetişdirir, hər dövrün insanı fərqli olur. Məsələn, əvvəlin pionerləri ilə indinin şagirdlərini müqayisə etsək görərik ki, nəinki geyimlərində, hətta düşüncələrində də çox fərq var. Çünki zaman dəyişib. Gənclər çox fərqli olublar, onların həm düşüncələrində, həm görüntülərində, həm geyim tərzlərində fərq var". Bu sözləri Yenisabah.az-a psixoloq Gülnar Orucova deyib. Bu gün ölkəmizdə yeniyetmələrin yaşından çox böyük görünməsi, buna can atması barədə danışan psixoloq bunun səbəblərini açıqlayıb:  "Müxtəlif ailə tipləri var. Bu ailə tiplərində uşaqların hərəsi bir cür tərbiyə edilir. Hər uşaq öz evinin aynasıdır sözü boşuna deyil. Avtoritar ailə tiplərində uşaq ailəyə tabe olur, onlar nə istəyirsə, onu da edir. Onlar uşağı özünə o qədər tabe edir ki, həmin uşaq azad olacağı günü gözləyir, tez böyümək istəyir. Bu zaman da ortaya başqa problemlər çıxır, bəzən uşaqlar zamansız böyüyürlər, onlar özünü böyük göstərmək üçün bəzən zərərli vərdişlərə qurşanır, siqaret çəkir, qızlar fərqli geyimlərdən, kosmetikalardan istifadə etməyə başlayır, hansı ki, 18 yaşa qədər həmin kosmetikalar üz dərisi üçün uyğun deyil. Bu, dermatoloqlar tərəfindən də qəbul olunmur.  Ən əsası isə sosial şəbəkələrdə gördükləri onlara təsir edir. Xarici videolara baxaraq örnəyi onlardan götürürlər. Nədənsə bizdə Avropanın ancaq pis tərəfləri örnək götürülüb inkişaf etdirilir. Biz avropalaşmaq deyəndə elə bilirik ki, soyunmalıyıq, çılpaq şəkillər çəkdirməliyik, dodağımıza, burnumuza, qaşımıza müxtəlif pirsinqlər etdirməliyik, bütün bədənimizə döymə vurdurmalıyıq.  Valideyn nəzarəti hər zaman övladın üzərində olmalıdır. Övlad bunu kontrol kimi düşünməməlidir. Nəzarət hökmən olmalıdır. Bəzən mənim adını belə bilmədiyim sosial şəbəkəni 13 yaşlı yeniyetmə danışır.  Valideyn elə bilir ki, gedib pul qazanırsa, övladına lazım olanları alırsa, onun üçün hər şey etmiş sayılır. Bu belə deyil!" Onun sözlərinə görə, yeniyetmələrin yaşından böyük görünmək istəməsində əsas günahkar sosial şəbəkələr və orada gördükləridir: "Bu gün 5-6-cı sinifdə oxuyan qızlar elə geyimlər geyinirlər ki, adam dəhşətə gəlir. Qaşlarını nazik formada alırlar. Baxıb şoka düşürəm ki, görəsən, valideyn hara baxır? Valideyn özünü bu gün elə bir yerə qoyub ki, onun sözü eşidilmir, ondan yalnız hansısa tələblər edilir.  Burada əsas problem sosial şəbəkələrdir. İnsan nə görürsə, odur, beyin gördüyünü şəkilləndirir və onu əks etdirməyə başlayır. Bu baxımdan bugünkü yeniyetmələr gəncdən daha çox orta yaş təbəqəyə uyğun gəlirlər. Onların düşüncələri də fərqlidir. Bu gün yeniyetmələr belə olduğu üçün erkən nikahların, evdən qaçmaların sayı da artır. Buna əsas səbəb onların zamansız böyümələridir. Özlərini böyük kimi göstərib istədikləri insanla tanış olub danışırlar sonra da bu cür problemlərlə qarşılaşırlar.  Əgər valideyn övladın sevgi, diqqət, qayğı verməsə, uşaq özünü sanki böyümüş kimi göstərib o sevgini ətrafdakı hansısa əks cinsdə axtarmağa çalışır". 

Daha bir nəfər dənizdə batdı

Şabranda bir nəfər dənizdə batıb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Şabran rayonu, Çayqaraqaşlı kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.