Məleykə Abbaszadə istefaya göndərilir

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə yaxın vaxtlarda istefaya göndəriləcək. DİM sədri ilə bağlı qərar sentyabrın ilk ongünlüyündə elan olunacağı gözlənilir. Yenisabah.az xəbər verir ki, xanım Abbaszadə ilə bağlı mövqe qətiləşib. Bu il keçirilən buraxılış və birinci blok imtahanlarından sonra şikayətlərin kütləvi xarakter alması bu sektorda dəyişiklikləri qaçılmaz edib. İqtidar düşərgəsində Məleykə Abbaszadənin təxminən 30 il davam edən hakimiyyətinə son qoyulmasının vaxtı çatdığına dair yekdil mövqe var. Məlumatlı şəxs Məleykə Abbaszadəni əvəzləyəcək şəxsin kimliyini də açıqlayıb. Onun sözlərinə görə, Məleykə Abbaszadənin vəzifəsi Elm və təhsil naziri Emin Əmrullayevə həvalə olunacaq. Məktəblərdəki neqativ halların ictimailəşməsindən sonra sürətlə nüfuzdan düşən gənc nazirin bu təyinata özünün xilası kimi baxdığı deyilir. Əmrullayevin karyerası ilə bağlı yeni qərarın yeni tədris ili başlayana kimi veriləcəyi gözlənilir.

Rusiyanın təcridi artır: Çin də uzaqlaşır...

Ciddədə keçirilən sammitdə bəlli oldu ki, Pekin və Moskva arasında Ukrayna müharibəsinin Rusiyanın maraqlarına uyğun həlli ilə bağlı fikir ayrılıqları güclənib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub. “Görüşdə Çin nümayəndələri göstərdilər ki, Rusiya deyillər və konstruktiv görünməyə çalışdılar. Avropalı diplomatların fikrincə, bu, Rusiyanın dünyada artan təcridini göstərdi. Eyni zamanda, Çindən gələn nümayəndə heyəti, yəqin ki, Rusiyanın da iştirakı olmadan keçiriləcək oxşar formatda növbəti görüşdə iştirak etməyə hazır olduğunu bəyan edib”, - məlumatda bildirilib. İnstitutun məlumatına görə, Rusiyadakı mənbələr bildiriblər ki, Kreml Rusiya 2023-cü ilin fevralından bəri 12 bəndlik Çinin Ukraynaya dair sülh planını rədd edib. “Bütün bunlar onu göstərir ki, Çin Ukrayna məsələsində Rusiyanı tam dəstəkləmir”.

Şoltsun partiyası ilk dəfə “Taurus” uzaqmənzilli raketlərini Ukraynaya verməyə çağırdı

Almaniyada hakim Sosial Demokrat Partiyasının deputatı Andreas Şvarts ilk dəfə olaraq rəsmi Berlini Ukrayna Silahlı Qüvvələrini uzaqmənzilli qanadlı raketlərlə təmin etməyə çağırıb. Xüsusilə, o, Ukraynanın əks-hücumuna kömək etmək üçün Almaniyanın Kiyevə 500 km mənzilli "Taurus” qanadlı raketləri verməli olduğu fikrini ifadə edib. Sozcu.az xəbər verir ki, bu barədə "Welt” yazır.  "Əks-hücum dayanır, Ukraynanın onu dəstəkləyəcək əhəmiyyətli hərbi hava qüvvəsi yoxdur (...) Yalnız "Taurus” qanadlı raketləri kimi idarə olunan silahlar qalıb ki, onların köməyi ilə Ukrayna ordusu ruslar tərəfindən salınmış mina sahələrini dəf edə və ərazilərini geri qaytara bilər”, - siyasətçi fikrini izah edib. O, Ukraynanın Rusiyaya bu silahlarla zərbə endirməyəcəyinə əminliyini ifadə edib, çünki o, "Mars” və "Himar”lar xidmətində ola-ola hələ də bunu etmir. "Ukraynalılar Rusiya ərazisinə daxil ola bilərlər, lakin indiyədək bundan yayınıblar", - o vurğulayıb. Şvarts vaxt itkisi ilə bağlı da xəbərdarlıq edib: "Mən dejavunun gələcəyini görürəm. Tank məsələsində olduğu kimi, biz indi də çox güman ki, sonda onsuz da çatdırılacaq mühüm avadanlıqları təhvil verməkdən imtina edirik". Maraqlıdır ki, hazırda Ukrayna Silahlı Qüvvələri Britaniya, eləcə də fransalı həmkarı - SCALP tərəfindən təmin edilmiş uzaqmənzilli "Storm Shadow" raketlərindən istifadə edir. Bununla yanaşı, ABŞ Ukraynaya özünün ATACMS kimi tanınan uzaqmənzilli raketlərini verməkdən çəkinir, çünki onlar Kiyevin Rusiya Federasiyası ərazisinə zərbələr endirmək üçün istifadə edə biləcəyindən ehtiyat edirlər.

Səudiyyədə Ukrayna üzrə sülh sammiti başa çatdı: Razılıq

Səudiyyə Ərəbistanında keçirilən sammitin iştirakçıları Ukraynanın ərazi bütövlüyünə hörmətlə bağlı razılığa gəliblər. Sozcu.az xəbər verir ki, bu barədə “Corriere della Sera” AB-dəki mənbəyə istinadla məlumat yayıb. Nəşrin yazdığına görə, Ciddədə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmətin istənilən sülh sazişinin, eləcə də BMT Nizamnaməsinin aliliyinin əsası olmalıdır anlayışı mövcud olub. “Kiyevin təklif etdiyi sülh formulunun 10 bəndinin əsas mövzuları üzrə işçi qrupların formalaşdırılması qərara alınıb”, - məlumatda qeyd olunub.

Sənədsiz evlərdə yaşayanların nəzərinə

Sənədsiz evlərə sənədlərin verilməsi ilə bağlı məsələ daim müzakirə obyektidir. Sənədlərin verilməsi ilə bağlı qərarın qəbulundan iki ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də Azərbaycanda sənədləşmə prosesi başa çatmayıb. Məsələ ilə bağlı deputat Vahid Əhmədov Referans.az-a bildirib ki, sənədləşmə ilə əlaqədar müəyyən işlər görülüb, lakin bəzi proseslər var ki, bunlar uzun zaman tələb edir: "Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən təxminən 55 minə yaxın evə sənəd verilib. Amma yenidən bu məsələ gündəmə gəlməlidir. Dövlət başçısının da bununla əlaqədar xüsusi göstərişləri var. Həm Bakı Şəhər İcra Hakimiyyəti, həm də Dövlət Əmlak Xidməti bu məsələdə daha ciddi fəaliyyət göstərməlidirlər. Çünki elə evlər var ki, onlar qaz, neft borularının üzərində, elektrik xətlərinin altında tikilib. Əldə olan məlumata görə, sənədsiz evlərin sayı olduqca çoxdur. Təxminən 250-300 min əmlakdan söhbət gedir. Təbii ki, bu əmlaklara sənəd verilməlidi. Bu qısa müddətdə həyata keçirilə biləcək bir proses deyil. Çünki hər bir ev yoxlanışdan keçirilir. Elə ərazilər var ki, orada ev tikməyə icazə yoxdur. Ola bilər ki, qanunsuzluq olunub, belə torpaqlarda ev tikmək üçün müəyyən qurumlar tərəfindən icazə verilib. Bu cür evlərlə bağlı araşdırmalar aparılır və bu vaxt tələb edir”. Deputat əlavə olaraq qeyd edib ki, qanunsuz ərazilərdə tikilən evlərə sənəd verilməsində çətinliklər də yarana bilər. Böyük ehtimal, belə hallar dövlət tərəfindən nəzərə alınacaq və müəyyən tədbirlər görüləcək.

Litva Ukraynaya NASAMS raket sistemləri verəcək

Litva Ukraynaya NASAMS hava hücumundan müdafiə sistemləri verəcək. Sozcu.az xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bundan əlavə yardım paketinə andidron ləvazimatları, çarpayılar və digər ləvazimatlar daxil olacaq. Qeyd edək ki, daha əvvəl Almaniya da Ukraynaya yeni hərbi texnika tədarük edib. Siyahıya əsasən, Ukraynaya son bir həftə ərzində iki minatəmizləmə tankı təhvil verilib. Həmçinin T-72 tankları üçün 11 mina əleyhinə avadanlıq gətirilib.

Kiyevdən xəbərdarlıq: Rusiyanı öz silahımızla vuracağıq

Ukraynanın öz hərbi-sənaye kompleksi tərəfindən hazırlanmış və istehsal edilmiş silahlarla Rusiya ərazisinə zərbə endirmək hüququ var. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. “Kiyevin müttəfiqləri ilə razılaşması var ki, Ukrayna onların tədarük etdiyi silahlardan Rusiya ərazisinə zərbə endirməməlidir, lakin bu qadağa Ukrayna silahlarına şamil edilmir”, - Danilov bildirib.

Sürət Hüseynov Gəncədə dəfn edilir

Sürət Hüseynovun nəşi gecə saatlarında Türkiyədən Bakıya gətirilmişdi. Cənazəsi Gəncəyə gətirilərək bu saatlarda İkinci Səbiskar məzarlığında valideynlərinin məzarının yanında dəfn edilir. Sözcü.az

Rusiya bu ölkələrə möhtac oldu - Piontovski

Rusiya müdafiə naziri Sergey Şoyqunun Şimali Koreyaya səfəri elə də əhəmiyyətli deyil. Çünki Şimali Koreyanın Rusiyaya verə biləcəyi silahlar etibarsız və köhnəlmişdir. Sozcu.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Andrey Piontovski deyib. “Sözügedən silahlar 70 il əvvəlki top mərmiləridir. Mərmilərdən bəzilərinin hərbi qənimət kimi Ukrayna hərbçilərinin əlinə keçdiyi haqda məlumatlar yayılıb. Görürük ki, bu mərmilər 70 ildir anbarlarda qalan köhnəlmiş, etibarsız sursatlardır. Həmçinin, onlar köhnə sovet modelli Koreya sursatlarıdır”, - politoloq bildirib. Onun sözlərinə görə, yarım il əvvəl Rusiyada heç kəs düşünməzdi ki, Kreml İran və KXDR kimi “görkəmli” tərəfdaşların köməyinə ciddi ehtiyac duyacaq: “Bu, Rusiyanın texnoloji və siyasi geriliyinin, həmçinin, çöküşünün sübutudur”.

Ukrayna Baş Qərargahı: Son gündə Rusiya 500 hərbçi itirib

“Ukrayna ordusu ötən gün ərzində Rusiya ordusunun daha 500 hərbçisini məhv edib”. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukdakı hesabında bildirib. Qeyd edilir ki, müharibənin başlanğıcından bu günə kimi Rusiya təxminən 246 690 canlı qüvvəsini itirib. Məlumata görə, müharibənin başlandığı 24 fevral 2022-ci ildən bu günə kimi Rusiya ordusunun ümumi döyüş itkiləri belədir: şəxsi heyət - təxminən 246 690 nəfər; tanklar – 4 216 (son gündə daha 5 tank) ədəd; zirehli döyüş maşınları – 8 205 (+17) ədəd; artilleriya sistemləri – 4 839 (+23) ədəd; RYAS (reaktiv yaylım atəş sistemləri) - 699 ədəd; hava hücumundan müdafiə sistemləri - 462 (+2) ədəd; təyyarə - 315 ədəd; helikopterlər - 311 ədəd; PUA-lar - 4027 (+10) ədəd; qanadlı raketlər – 1 347 ədəd.

"Müharibə Rusiyanın ərazisinə keçir" -"Putin rejimi Yer üzündən silinəcək..."

"Bu gün üzdəniraq "xüsusi hərbi əməliyyat"ın 522-ci günüdür, Rusiya təcavüzü döyüş meydanında iflasa uğrayıb..." "Bəşəriyyətin Rusiyanın tarixində, nəhayət, nöqtə qoyulması üçün həm gücü, həm də əzmi kifayət qədərdir..." Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, rusiyalıların törətdiyi müharibə Rusiya Federasiyasının ərazisinə keçir. Sozcu.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşri yazıb. O, vurğulayıb ki, Rusiyanın təcavüzü döyüş meydanında "iflasa uğrayıb". "Bu gün Rusiya rəhbərliyinin bir-iki həftəliyə bel bağladığı üzdəniraq "xüsusi hərbi əməliyyat"ın 522-ci günüdür. Ukrayna getdikcə möhkəmlənir. Müharibə Rusiyanın ərazisinə, onun rəmzi mərkəzləri və hərbi bazalarına dönür. Bu, labüd, təbii və tamamilə ədalətli prosesdir", - Zelenski deyib. Eyni zamanda o, xəbərdarlıq edib ki, rusiyalılar qışda yenidən ukraynalılara qarşı energetika terroruna əl ata bilər. "Biz anlamalıyıq ki, ötən qışda olduğu kimi, bu qışda da rusiyalı terrorçular bizim energetikamıza, kritik obyektlərimizə zərbə vura bilər", - Ukrayna prezidenti əlavə edib. Zelenski bu bəyanatla iyulun 30-a keçən gecə Rusiya paytaxtına dronlar hücumundan sonra çıxış edib. Rusiya MN bəyab edib ki, Moskvaya iki dron hücum edib. HHM qüvvələri onlardan birini Moskva vilayətinin Odintsovo ərazisinin üzərində məhv edib. "Daha iki dron REM vasitələri ilə məhv edilib, onlar idarəetməni itirərək "Moscow City"-nin qeyri-yaşayış binalar kompleksi ərazisinə düşüb", - nazirlik bəyan edib. Təcili ximətlər məlumat verib ki, partlayış nəticəsində "Oko-2" qülləsinin mühafizəçisi zərər çəkib. Binanın özündə 1-4-cü mərtəbələrində şüşələr sınıb. "Q-məhəlləsi"nin çoxmərtəbəli binasının 5-6-cı mərtəbələrində ciddi dağıntılar var. Partlayış həmçinin "nazir qülləsi"ndə də baş verib. Orada eyni zamanda Rusiyanın üç nazirliyinin ofisi yerləşir. Rusiyalı jurnalist Aleksandr Nevzorovun sözlərinə görə, Moskvda gecə bombardmanından "nədənsə, narahat olublar". "Qəribə münasibətdir. Yalnız qonşularının işğalı, kütləvi qətllər və şəhərlərin dağıdılmasından qayğılı olan rejim özünün qurğuları ilə, Kremli ilə, "City"-lərilə Yer üzündən silinəcəyinə "mənəvi cəhətdən hazır olmalıdır". Başqa cür ola bilməz", - Nevzorov qeyd edib. Onun dəyərləndirməsinə ğörə, bəşəriyyətin "Rusiya tarixində", nəhayət, nöqtə qoyulması üçün "həm gücü, həm də əzmi kifayət qədərdir". "Rusiya könüllü olaraq bəşəriyyətə birbaşa təhlükə rolunu seçib". Lakin bu statusda həm də məhvolma riski var. Öz prezidentinə quldurluq etmək hüququ verən xalq böyük problemlərə və məhrumiyyətlərə hazırlaşmalıdır.  Putinoidlər indiyədək dünya xəritəsini öz zövqünə görə "yenidən çəkmək" hüququna malik olduğuna əmindir. Lakin heç kim onlara bu hüququ verməyib. Onların bütün hərəkətləri beynəlxalq cinayətkarlıqdır", - Nevzorov deyib.

"Müharibə tədricən Rusiya ərazisinə, onun simvolik mərkəzlərinə və hərbi bazalarına qayıdır" - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ordusunun bu qış Ukraynanın enerji infrastrukturuna zərbələr endirməyə davam edə biləcəyini bildirib. Sozcu.az xəbər verir ki, dövlət başçısı bunu İvano-Frankovskda Ukrayna Yerli və Regional Hakimiyyətlər Konqresinin iclasının yekunları üzrə ukraynalılara müraciətində deyib. "Rusiyanın təcavüzü döyüş meydanında iflasa uğradı. Bu gün Rusiya rəhbərliyinin bir-iki həftə davam edəcəyini gözlədiyi qondarma "xüsusi hərbi əməliyyat"ın davam etməsindən 522-ci gündür. Ukrayna güclənir. Müharibə tədricən Rusiya ərazisinə, onun simvolik mərkəzlərinə və hərbi bazalarına qayıdır. Bu, qaçılmaz təbii və tamamilə ədalətli prosesdir”, - Zelenski vurğulayıb. "Lakin biz şüurlu olmalıyıq ki, keçən il olduğu kimi, bu qış da rus terrorçuları bizim enerjimizi vura bilərlər. Kritik obyektləri. Bu gün biz icmalarla bütün mümkün ssenarilərin hazırkı vəziyyətini müzakirə etdik", - prezident vurğulayıb. Dövlət başçısı həmçinin bildirib ki, bu gün icmalarda enerji və müxtəlif həyatı təmin edən sistemlər də daxil olmaqla, təcili bərpa məsələsi müzakirə olunub.