Xamenei belə öldürülüb - Detallar

İranın dini lideri Əli Xameneinin qaldığı iqamətgaha ABŞ və İsrail qüvvələri 30 bomba atıb. Sozcu.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb. Məlumata görə, zərbələr ölkənin bütün ali rəhbərliyi iqamətgahda olarkən endirilib və iqamətgah tamamilə dağıdılıb. “İsrail və ABŞ kəşfiyyat rəsmiləri İranın yüksək rütbəli siyasi və hərbi liderlərinin birgə görüşünü uzun müddət gözləyirdilər. Kəşfiyyat şənbə günü İran rəhbərliyinin və Xameneinin yerini müəyyən edib. Bu fürsət unikal hesab edilib və buna görə də hücum gündüz vaxtı həyata keçirilib. Əməliyyat İran vaxtı ilə səhər saat 10-dan bir qədər əvvəl raket və qırıcı təyyarələrin böyük bir dalğası ilə başlayıb və axşam saatlarına qədər təxminən 200 İsrail qırıcı təyyarəsi təxminən 500 hədəfə hücum edib", - nəşr bildirib. Qeyd edək ki, İranın dini lideri Əli Xamenei dünən ABŞ və İsrailin endirdiyi zərbələr nəticəsində öldürülüb.

Xamenei qətlə yetirilib? - Çin mediası da təsdiqlədi

İranın dini lideri Ayətullah Əli Xamenei öldürülüb, onun cəsədi sarayının xarabalıqları altından tapılıb. Sozcu.az xəbər verir ki, bu barədə Çinin CGTN nəşrinin Teleqram səhifəsi məlumat yayıb. Qeyd edək ki, bundan öncə İsrail Baş naziri Benyamin Netanyahu Əli Xameneinin öldüyü haqda “bir çox əlamət olduğunu” bildirmişdi.

Əli Şamxani öldürüldü - KİV

İranın ali dini lideri Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani İsrailin hücumları nəticəsində öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.

İsrail KİV: Xameneinin ofisi tamamilə dağıdıldı

10:51 Tehranda İranın ali rəhbəri Ayətullah Əli Xameneinin işçi ofislərinin yerləşdiyi ərazinin yaxınlığına zərbə endirilib. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı İsrail mediası yayıb. Zərbənin miqyası və itkilər barədə hələlik rəsmi açıqlama verilməyib. Qeyd olunur ki, zərbə strateji əhəmiyyətli zonaya endirilib. Bölgədə təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. *** İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin ofisi tamamilə dağıdılıb. Bu barədə anonim İsrail rəsmisi Kanal12-yə danışıb. Onun sözlərinə görə, Xameneinin həmin vaxt orada olduğu məlum deyil. Mənbə İranın bütün əsas liderlərinin hədəf alındığını qeyd edib.

Tramp: İran HDQ-ni məhv edəcəyik, küçələrə çıxmayın!

12:03 İranlılar İraqda yüzlərlə amerikalı əsgəri öldürüblər. Bu, kütləvi terror idi və biz artıq buna dözməyəcəyik. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İran xalqına müraciətində deyib. “İran dünyada terrorizmin ən böyük sponsorudur. Onların heç vaxt nüvə silahı olmayacaq. Biz İranın hərbi-dəniz qüvvələrini məhv edəcəyik. Əmin olacağıq ki, onların proksi qüvvələri artıq bizim əsgərlərimizə hücum etməyəcək. Zəmanət verəcəyik ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq. Biz danışıqlar masasına oturduq, amma onlar hər şeydən imtina etdilər. Onlar sadəcə vaxt udmaq istəyirdilər və bütün fürsətləri itirdilər. Biz onların raketlərini məhv edəcəyik. İran polisinə və təhlükəsizlik qüvvələrinə deyirəm, dərhal silahı yerə qoyun, əks halda sizi qaçılmaz ölüm gözləyir”, - o bildirib. Tramp İran xalqına “azadlıq” vəd edib: “İran xalqı ümün azadlıq saatı yaxınlaşır. Evdə qalın və küçəyə çıxmayın, küçə təhlükəlidir. Biz işimizi bitirəndə hakimiyyəti öz əlinizə alacaqsınız. Bu, rejimi devirmək üçün sizin yeganə şansınız olacaq”. Qeyd edək ki, İsrail İrana qabaqlayıcı zərbələr endirməyə başladığını elan edib. ABŞ lideri Tramp Amerika ordusunun bu əməliyyatda iştirak etdiyini açıqlayıb.

İranın İsrailə qarşı əməliyyatının adı...

Xəbər verdiyimiz kimi, İsrail səhər saatlarında qarşı qabaqlayıcı zərbələr endirməyə başlayıb. Sozcu.az İran mediasına istinadən xəbər verir ki, buna qarşılıq olaraq İranda əməliyyatlara başlayıb. Məlumata görə, İranın İsrailə qarşı raket əməliyyatının adı “Fateh Khyber” (Xeybərin fəthi) adlanır.

Xamenei Tehranda deyil - KİV

İranın ali lideri Əli Xamenei paytaxt Tehranda deyil. O, təhlükəsiz yerə köçürülüb. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat verib. Qeyd edək ki, bu gün səhər saatlarından İsrail və ABŞ qüvvələri İrana zərbələr endirməyə başlayıb.

İsrail İrana zərbələr endirir - Katz elan etdi

İsrail dövləti İsrailə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qarşı qabaqlayıcı zərbələr endirib. Sozcu.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrail Katz deyib. “Nəticədə, yaxın vaxtlarda İsrail və onun mülki əhalisinə qarşı raket və PUA hücumu gözlənilir”, - o bildirib. O, İsrailin bütün ərazisində fövqəladə vəziyyət elan edən xüsusi sərəncam imzalayıb.

Şamaxıdakı zəlzələ təkrarlana bilər? - Qurban Yetirmişli DANIŞDI

“Zəlzələnin yenidən başvermə ehtimalı yoxdur. Təkrarlanma yalnız xırda təkanlar şəklində ola bilər”. Bunu “Yen Sabah”a açıqlamasında Azərbaycan Milli Elmlər Aakademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, 4,7 maqnitudalı zəlzələnin ardınca 3.3 bal gücündə yeni təkan da qeydə alınıb: “Lakin qorxulu heç nə yoxdur. Avterşoklar hesabında enerji boşalması getməlidir ki, tarazlıq bərpa olunsun. Ümumiyyətlə, belə xırda təkanlar tez-tez baş verir. Azərbaycan seysmik zonada yerləşmir. Bizdə yalnız yüngül tərpənişlər baş verə bilər. Narahtlığa əsas yoxdur”. Qeyd edək ki, Şamaxı rayonunda 4,7 maqnitudalı zəlzələ qeydə alınıb. Yerli vaxtla 15:52-də qeydə alınan yeraltı təkanların dərinliyi 12 km olub. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Prezident Xocalı Soyqırımı Memorialının açılışında...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Şeyxin oğlu vəzifəsindən azad edildi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” sədrinin müşaviri vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC İdarə Heyətinin sədri Əfqan Cəlilovun müvafiq Əmri ilə Məhəmməd Paşazadə sədrin müşaviri vəzifəsindən azad olunub. Onunla bağlı qərar bir neçə gün əvvəl verilib. Qeyd edək ki, Məhəmməd Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin oğludur.(Manset.az)

Bu laqeydliyiniz bizi uçuruma aparır - Saleh Bağırov

Televiziya böyük təbliğat maşınıdır. Təəssüf ki, bu gün bu maşının sükanı naşıların, təsadüfi adamların, efirin müqəddəsliyinin və təsir gücünün nə olduğunu anlamayanların, dəyərlərimizi pul qazanmaq üçün ayaq altına atanların, aparıcılıq sənətinə xələl gətirənlərin əllərindədir. Ədəbsiz, nalayiq, tərbiyəsiz adamların "müğənni" statusunda efirlərdə meydan sulamasının, onlara qadağa qoyulmamasının, TV qapılarının hərəkətini, özünü bilməyən bu cür ünsürlərə, "müğənnilərə" açıq olmasının nəticəsidir yaşananlar. Ona görə mövcud durum bu haldadır! Sozcu.az xəbər verir ki, bu sözləri aparıcı Saleh Bağırov sosial media hesabında yazıb. O, televiziya rəhbərlərinə və aidiyyəti qurumlara səslənib: "Televiziya kanallarına rəhbərlik edənlər, aidiyyəti qurumlar, hamının gördüyünü, bildiyini həqiqətənmi görmür, yoxsa görməzdən gəlirsiniz?! Bu laqeydliyiniz bizi uçuruma aparır. Nədir məqsəd bu dərəcədə əxlaqsızlıq və mənəviyyatsızlığı təbliğ etməkdə? Niyə bütün imkanlar əlinizdə ola-ola bu tərbiyəsizliyin qarşısını almırsınız? Niyə qadağalar tətbiq olunmur? Ən acınacaqlı hal isə az sayda olan normal televiziyaların, peşəkar işçilərin, min bir zəhmətlə yaxşı verilişlərin ərsəyə gəlməsinə əmək qoyanların adlarının ümumi axının içində "hamısı eyni şeydir..." adı ilə hallanmasıdır. Heç kim erasının bitdiyini, onun sosial şəbəkələrə uduzduğunu deməsin. Belə olsaydı, bu gün televiziya müzakirələri bu cür geniş vüsət almazdı. Deməli, cəmiyyət normal televiziya arzusundadır!".