Məktəblərdə yığılan pullar kimin cibinə axır?

Hər il Azərbaycanda oktyabrın 5-də Müəllimlər günü kimi qeyd edilir. Bu təqvim bir sıra məsələləri yenidən gündəmə gətirir. Bunlardan biri də müəllimə hədiyyə almaq və ya bunun üçün valideynlər arasında pul toplamaq mövzusudur. Artıq uzun illərdir ki, məsələ öz həllini tapmır. Məktəblərdə qeyri-rəsmi şəkildə pul yığımlarının ləğv edildiyi deyilsə də, bunun qarşısı alınmır. Sual yaranır: Elm və Təhsil Nazirliyi niyə bu prosesin qarşısını almır? Gücü çatmır, ya istəmir? Bu qədər yığılan vəsait hara və kimin cibinə gedir? Moderator.az xəbər verir ki, Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, Müəllimlər günündə pul yığılması ilə bağlı mütləq sübut lazımdır. Onun sözlərinə görə, nazirlik pul yığıldığını eşitsə belə, ortada şikayət olmalıdır: “Məsələn, valideynlər pul yığır. Gəl, indi sübut et ki, onlara məktəbdən müəllim, rəhbərlik və ya başqa kimsə bu cür tapşırıq verib. Qarşı tərəf deyəcək ki, heç nədən xəbərimiz yoxdur, valideynlər özləri pul yığır və s. Nazirliyin xəbəri oldu-olmadı, bu məsələ cəmiyyətimizdə olan köklü problemdir. İnsanların çoxu buna adi hal kimi baxır. Əksəriyyət deyir ki, hə, nə olsun, pul vermək lazımdır da. Ona görə də, məsələlər üzə çıxmır”. Globalinfo.az xatırladır ki, ümumtəhsil məktəblərində yalnız Müəllimlər günü üçün pul yığılmır. 8 mart, Yeni il, Novruz bayramı, direktorların doğum günləri, məktəbin təmiri, təhsil müəssisələrinə qonaqların gəlməsi, hətta yerli icra hakimiyyətlərinin hansısa tədbiri adı altında hələ də pullar yığılır. Hər dəfə mediada bu məsələ gündəmə gətirildikdə Elm və Təhsil Nazirliyindən “xəbərimiz yoxdir” tipli açıqlamalar verilir. Bu isə o deməkdir ki, ETN tabeliyindəki qurumlardakı qanunsuz fəaliyyətə ya göz yumur, ya da üzərinə düşən işin öhdəsindən gələ bilmir. Nazir Emin Əmurullayev də jurnalistlərin aidiyyəti suallarına qeyri-müəyyən cavablar verməklə, mövzudan yayınır. Əksər rəylər isə belədir ki, nazir də, nazirlik də istəsə bu qeyri-qanuni fəaliyyətin qarşısını alar.

Bakı metrosunda FACİƏ - Sərnişin öldü

Metronun “28 May” stansiyasında kişi sərnişin stansiya yoluna düşüb.  Bu barədə Sozcu.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.  Bildirilib ki, qatar maşinisti əyləci sıxıb, yüksək gərginlik çıxarılıb. Sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib. Lakin sərnişin vəfat edib.  Metroda qatarların hərəkətində 17 dəqiqə yubanma olub, sonradan hərəkət bərpa edilib. Hadisə ilə bağlı əlavə məlumat veriləcək. 

Qazi məhkəmə zalında həbs olundu

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri saxlama, daşıma) maddəsi ilə təqsirli bilinən Əziz Eldar oğlu Səfixanovun sonuncu məhkəmə prosesi keçirilib. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, ötən prosesdə dövlət ittihamçısı Ə. Səfixanovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Səfixanovun vəkili çıxış edərək müvəkkilinin 44 günlük Vətən Müharibəsi iştirakçısı olduğunu, narkotik vasitələrdən istifadə etdiyini, satışı ilə məşğul olmadığını bildirib. Sonra son sözlə çıxış edən Əziz Səfixanov müharibədən qayıtdıqdan sonra cərrahiyə əməliyyatı olduğunu, bu səbəbdən də ağrılarına görə narkotik vasitə istifadə etdiyini qeyd etdi. Xatırladaq ki, külli miqdarda narkotik maddə ittihamı ilə təqsirləndirilən Əziz Səfixanov barəsində ibtidai istintaq dövründə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hakim müşavirədən qayıtdıqdan sonra hökmü elan edib. Əziz Səfixanov barəsində həbs-qətimkan tədbiri dəyişdirilməklə onun barəsində 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Qeyd edək ki, Əziz Səfixanov 44 günlük Vətən müharibəsində 2 dəfə yaralanıb.

Astarada 5 aylıq uşaq bədbəxt hadisə nəticəsində öldü

Astarada azyaşlı ölüb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, 5 aylıq körpə yatdığı yerdə çevrilib və yastıq uşağın nəfəs borusunu tutub. Nəfəs ala bilməyən uşaq ölüb. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın itkiləri 655 mini ötdü

Ukrayna müharibənin 952-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 655 560 hərbçi, 8 887 ədəd tank, 17 579 ədəd zirehli döyüş maşını, 18 869 ədəd artilleriya sistemi, 1 204 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 963 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 25 692 ədəd avtomobil texnikası, 16 348 ədəd PUA, 2 613 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 318 xüsusi avadanlıq itirib.

İsrailin müdafiə naziri yoxa çıxdı – Təcili

İsrailin müdafiə naziri Yoav Qallantla əlaqə saxlamaq mümkün deyil. Sozcu.az xəbər verir ki, bu barədə “Haaretz”in jurnalisti məlumat yayıb. Qeyd edək ki, İran bu gün axşam saatlarında İsrailə kütləvi raket hücumu həyata keçirib.

ŞOK: İsrail İranın ən böyük elektrik stansiyasını vuracaq

İsrail mediası İrana ediləcək cavab zərbələri barədə məlumatlar paylaşmaqdadır. Sozcu.az xəbər verir ki, məlumatda İranın ən böyük elektrik stansiyasının hədəf alınacağı bildirilir. “Bu elektrik stansiyası ümumilikdə təxminən 2880 meqavat elektrik enerjisi istehsal edir”, - deyə vurğulanıb.

İranın İsrailə hücumu başa çatdı - Haqari

İranın İsrailə qarşı kütləvi raket hücumu artıq başa çatıb. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqari deyib. Məlumata görə, İsrail hərbçiləri ölkə əhalisinə sığınacaqları tərk etməyə icazə verib. "İndiki mərhələdə İrandan əlavə təhlükələr müşahidə etmirik. Mühafizə olunan əraziləri tərk etmək mümkündür", - o bildirib.

İran İsrailə hücuma hazırlaşır? - ÇAXAL açıqladı

İranın İsrailə hücuma hazırlaşmasına dair hər hansı əlamət görmürük. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusunun (ÇAXAL) məlumatında deyilir. Bildirilib ki, ÇAXAL istənilən potensial təhlükənin öhdəsindən gəlməyə hazırdır.

İsrail Livanı kasetli bombalarla vurur - ŞOK

İsrail ordusu bir neçə dəqiqə əvvəl Livan sərhədlərini keçərək ölkəyə daxil olub. Sozcu.az xəbər verir ki, yerli medianın verdiyi məlumata görə, əməliyyatlar havadan və qurudan aparılır. Bildirilib ki, İsrail dünyada yasaq edilən kaset bombalardan istifadə etməyə başlayıb.  "İsrail Livanda “Hizbullah”a qarşı ağ fosforlu sursatlardan istifadə edir." - , deyə bildirilib. Həmin görüntülər artıq bir çox nüfuzlu dünya mediasında yayımlanmağa başlayıb.

Xameneinin qəzeti “qonşu ölkələri” vurmağı təklif etdi

Əli Xameneinin ofisinə bağlı olan “Keyhan” qəzeti İsrailin Hizbullah lideri Həsən Nəsrullahı öldürməsinə cavab olaraq İranla qonşu ölkələri vurmağı təklif edib. Sozcu.az xəbər verir ki, bu barədə qəzetin bugünkü sayında material dərc olunub. “İsrailin regiondakı bazalarını, xüsusən də İran ətrafında və bölgədəki tərəfdaşlarını hədəfə almaq lazımdır”, - nəşrdə dərc olunan məqalədə bildirilib. Qeyd edək ki, “qonşu ölkələr” deyərkən “Keyhan”ın hansı dövlətləri nəzərdə tutduğunu təxmin etmək çətin deyil.

8-ci mərtəbədən yıxılan 12 yaşlı qız öldü

Sumqayıtda çoxmərtəbəli binadan yıxılan qız xəstəxanada dünyasını dəyişib. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, 12 yaşlı Kiçikxanım Burcəliyeva müalicə olunduğu klinikada vəfat edib. Xatırladaq ki, hadisə sentyabrın 28-də baş verib. K.Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılmışdı.