Ukrayna yüksəklikləri ələ keçirir, Rusiya zəifləyir

Rusiyanın müdafiəsi zəifləyir. Ukrayna Silahlı Qüvvələri ən mühüm yüksəkliklərə çataraq, Rusiyanı əlavə ehtiyatlar sərf etməyə məcbur edir və arxa cəbhədəki sursat anbarlarına zərbələr endirir. Sozcu.az xəbər verir ki, bu barədə “Tayms” məlumat yayıb. Məlumata görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun maddi-texniki təminatını pozaraq cəbhədə qoşunların sürətli hərəkətini çətinləşdirib: "Bu vəziyyət silahlı qüvvələrə Baxmutdan şərqə, cənubda isə Donetskə keçmək imkanı verir. Bundan əlavə, indi Ukraynanın müdafiəçiləri Krımı və bütün qoşunları təcrid etmək üçün Uqledardan cənuba Mariupola və ya Tokmaka, oradan isə Melitopola gedə bilərlər. Sonuncu variantla Krım Ukrayna artilleriyası və hava hücumları üçün əlçatan olacaq. Bu isə o deməkdir ki, ukraynalılar yarımadanı ələ keçirməsələr də, Krımda rus hərbçiləri və digər əhalinin varlığı mümkünsüz ola bilər. Bu, ciddi bir üstünlük olardı".

Yəməndə aclıq təhlükəsi: 2.5 milyon insan...

BMT-nin Ümumdünya Ərzaq Proqramı maliyyə çatışmazlığı səbəbindən Yəməndəki işini dayandırmaq qərarına gəlib. Buna səbəb kimi mövcud resursların azalması və maliyyə çatışmazlığı göstərilib. Növbəti 6 aylıq plan üçün 1 milyard dollar vəsait tələb olunsa da, bu məbləğin 28 faizi toplanıb. Sozcu.az xəbər verir ki, Ümumdünya Ərzaq Proqramının müvafiq qərarı Yəməndə ərzaq çatışmazlığından əziyyət çəkən 2,5 milyona yaxın insana mənfi təsir edəcək. Beynəlxalq yardımın azalması həm də Yəməndə aclıq təhlükəsinin qapısını açır. Mərib şəhərində aclıq ola biləcəyi gözlənilir.

USQ Ukraynanın cənubu ilə Krımı birləşdirən körpüyə zərbə endirdiyini açıqlayıb

Materik Ukraynanı işğal altındakı Krım yarımadasına birləşdirən Çonqar körpüsünə zərbə endirilib. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aparatının Strateji Kommunikasiyalar İdarəsi teleqramda açıqlayıb. “Müdafiə qüvvələri iyulun 29-da səhər saatlarında Çonqar körpüsünə uğurla hücum edib”, - məlumatda qeyd olunub. Lakin hərbçilər nə hücumun, nə də onun fəsadlarının təfərrüatlarını paylaşıblar. Xatırladaq ki, Rusiya tərəfindən Xerson vilayətinin qondarma administrasiyasının rəhbəri təyin edilmiş Vladimir Saldo iyulun 29-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayəti ilə Krım arasındakı dəmir yolu istiqamətində 12 uzaqmənzilli “Storm Shadow” raketi buraxdığını bildirib. Saldonun sözlərinə görə, raketlər zərərsizləşdirilib və onların qalıqlarının düşməsi cüzi ziyana səbəb olub. Eyni zamanda, Ukrayna mətbuatı Çonqar boğazından keçən körpü yaxınlığından uzanan tıxacların fotolarını yayıb. Qeyd edək ki, Çonqar üzərindən keçən yol Krımdan Melitopola və daha sonra Ukrayna ordusunun hazırda irəliləməyə çalışdığı cənub cəbhəsinə gedən ən qısa yoldur.

Rusiyanın itkiləri 245 mini ötdü

Ukrayna müharibənin 521-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 245 220 hərbçi, 4191 ədəd tank, 8167 ədəd zirehli döyüş maşını, 4786 ədəd artilleriya sistemi, 698 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 458 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 311 ədəd helikopter, 7247 ədəd avtomobil texnikası, 4007 ədəd PUA, 1347 qanadlı raket, 18 gəmi/qayıq, 710 xüsusi avadanlıq itirib.

Müsəlman ölkələri Quranın yandırılmasına birgə qarşı çıxır

İƏT-in iyulun 31-də keçirilən toplantısından sonra Avropada Quranın təhqir olunmasına qarşı müsəlman ölkələri birgə mesaj ünvanlayacaq. Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 520-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 244 830 hərbçi, 4190 ədəd tank, 8147 ədəd zirehli döyüş maşını, 4775 ədəd artilleriya sistemi, 698 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 458 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 311 ədəd helikopter, 7240 ədəd avtomobil texnikası, 4007 ədəd PUA, 1347 qanadlı raket, 18 gəmi/qayıq, 709 xüsusi avadanlıq itirib.

İnstitut: Ukrayna Ordusu ciddi şəkildə əks-hücum əməliyyatına başlayıb və Rusiyanın müdafiəsini yarıb

Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin qərbində iri mexanikləşdirilmiş əks-hücum əməliyyatına başlayıb və ehtimal ki, Orexovun cənubunda müəyyən mövqelərdə Rusiyanın müdafiəsini yarıb. Bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnsitutunun analitikləri gəlib. Bildirilib ki, Rusiya Müdafiə Nazirliyindəki mənbələr və bir neçə rusiyalı müharibəmeyilli bloqçular Robotino kəndi istiqamətində (Orexovodan 10 km cənubda) Ukraynanın cəbhədən hücumu barədə məlumat veriblər. Geolokasiya görüntüləri göstərir ki, USQ hücum zamanı Robotinodan 2,5 kilometr şərqdə irəliləyib. Lakin Rusiya qüvvələri çevik müdafiə taktikasından istifadə edərək Ukrayna əsgərlərini qismən geri çəkiblər. İnstitutun materialında qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri əməliyyat üçün bölgəyə yeni qüvvələr yeridib, Rusiya qoşunları isə, görünür, bu sektorda rotasiya, yardım və ya əhəmiyyətli gücləndirmə olmadan cəbhə xəttində sıxışdırılıb. Bu vəziyyət Ukraynaya yaxın həftələrdə Orexovun cənubunda daha uğurlu irəliləməyə başlamağa imkan verə bilər. Anonim iki Pentaqon rəsmisi Ukraynanın əks-hücumunun “böyük zərbəsinin” ciddi şəkildə başladığını açıqlayıb.

Putin ölsə, başsağlığı verməyəcəyik – İrlandiya

Fikrimcə, Rusiya Prezidenti Vladimir Putin ölsə, İrlandiya hökuməti başsağlığı verməyəcək. Sozcu.az xəbər verir ki, bunu İrlandiya Baş naziri Leo Vardakar deyib. Onun sözlərinə görə, İrlandiya nümayəndə heyəti Rusiya prezidentinin dəfn mərasimində də iştirak etməyəcək.

Rusiyanın itkiləri 243 mini ötdü

Ukrayna müharibənin 517-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 243 220 hərbçi, 4174 ədəd tank, 8131 ədəd zirehli döyüş maşını, 4705 ədəd artilleriya sistemi, 698 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 454 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 310 ədəd helikopter, 7194 ədəd avtomobil texnikası, 3977 ədəd PUA, 1307 qanadlı raket, 18 gəmi/qayıq, 703 xüsusi avadanlıq itirib.

Rusiyanın iki bölüyü məhv edildi

Rusiya işğalçıları son sutkada Tavriçesk istiqamətində iki bölük itirib. Sozcu.az xəbər verir ki, bu sözləri “Tavriya” strateji-əməliyyat hərbi qruplaşmasının komandanı Aleksandr Tarnovski deyib. O qeyd edib ki, Ukrayna Müdafiə Qüvvələri işğalçıları öz mövqelərində sistemli şəkildə vurmağa davam edir.

Rusiyanın itkiləri 242 minə yaxınlaşır

Ukrayna müharibənin 515-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 241 960 hərbçi, 4151 ədəd tank, 8105 ədəd zirehli döyüş maşını, 4658 ədəd artilleriya sistemi, 697 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 451 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 310 ədəd helikopter, 715972 ədəd avtomobil texnikası, 3958 ədəd PUA, 1298 qanadlı raket, 18 gəmi/qayıq, 696 xüsusi avadanlıq itirib.

Rusiyanın Belqorod vilayəti kasetli bombalarla atışə tutuldu

Rusiyanın Belqorod vilayətinin Juravlevka kəndi kasetli bombalardan atəşə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı məlumat yayıb. Bildirilir ki, söhbət naməlum kalibrli üç mərmidən gedir. Hücumun ötən gün baş verdiyi qeyd olunub. Atışma zamanı xəsarət alan olmayıb.