“Aİ Gürcüstanın ittifaqa daxil olmasına hələ hazır deyil, lakin belə bir zaman yetişərsə, respublika hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa biləcək”.
Bunu hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının sədri, Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili deyib.
“Əgər bizə desələr ki, sabah biz Avropa İttifaqına üzv olacağıq, o zaman (xarici agentlər haqqında qanunu - red.) ləğv etmək, ona yenidən baxmaq və ya yenisini qəbul etmək çox asan olacaq”, - Qaribaşvili jurnalistlərə deyib.
Siyasətçinin sözlərinə görə, Gürcüstan 2023-cü ilin dekabrında Aİ-yə namizəd statusu alanda Avropa İttifaqı ilə münasibətlərdə müsbət mənada pik həddə çatıb. Bundan sonra Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar başlayıb, lakin respublikanın üzvlüyü ilə bağlı icma ölkələri arasında hələlik konsensus yoxdur.
Mənbə: TASS