Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 497-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 231 700 hərbçi, 4062 ədəd tank, 7917 ədəd zirehli döyüş maşını, 4288 ədəd artilleriya sistemi, 656 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 395 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 309 ədəd helikopter, 6865 ədəd avtomobil texnikası, 3614 ədəd PUA, 1264 qanadlı raket, 18 gəmi/qayıq, 598 xüsusi avadanlıq itirib.

Zelenski Baydenə müraciət etdi: Bu, sizdən asılıdır!

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Co Baydeni Ukraynanı NATO-ya elə indi dəvət etməyə çağırıb. Sozcu.az xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində deyib. “Ukraynanın NATO-ya daxil olub-olmaması ilə bağlı qərar Baydendən asılıdır və Kiyevin bu siqnalı alması çox vacibdir. Bayden bizim NATO-dakı gələcəyimizi dəstəkləyir. Amma indi NATO-ya dəvət Ukrayna əsgərləri üçün böyük stimul olardı”, - o bildirib.

Ukrayna əks-hücumu: bir gecədə azad edilən ərazi...

Ukrayna Silahlı Qüvvələri cəbhənin ən azı dörd sektorunda əks-hücum əməliyyatlarını davam etdirib və irəliləyib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. “Baxmut bölgəsində, Donetsk və Zaporojye vilayətlərinin qərb sərhədində və Zaporojye vilayətinin qərbində əks-hücum əməliyyatı davam edir. Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində 9 kvadrat kilometr ərazini geri alıb və geolokasiya görüntüləri onların Baxmutdan cənub-qərbə doğru irəlilədiyini göstərir. Onlar Zaporojye vilayətinin qərb hissəsindəki Orexovdan cənubda irəliləyiş əldə ediblər. Döyüşlərin geolokasiya görüntülərində Ukrayna qüvvələrinin Klişçiyevkanın qərbindəki meşə kənarına doğru da irəlilədiyi əks olunur. Ukrayna ordusu Klişçiyevka, Kurdyumovka və Ozaryanovka ərazilərində qurudan zərbələr endirib, burada “lxr”in 2-ci ordu korpusunun 4-cü briqadasının bölmələri onlara müqavimət göstərib. Svyato-Kremennoy xəttində və Kremennoyun cənubunda da döyüşlər gedir. Kremennoy ərazisində çeçen xüsusi təyinatlıları “Əhməd”in fəaliyyəti davam edir. Eyni zamanda, Kremennoy ərazisində 228-ci qvardiya motoatıcı alayının bölmələri (90-cı qvardiya tank diviziyası, Mərkəzi Hərbi Dairə), Beloqorovka ərazisində isə “lxr”in 2-ci Ordu Korpusunun 85-ci briqadası müqavimət göstərir”, - məlumatda bildirilib.

Ukrayna Rusiyanın “3 bölüyünü” məhv etdi – Tarnavski

Son sutka ərzində Tavriya istiqamətində rus hərbçilərindən ölən və yaralananların sayı demək olar ki, üç bölüyün sayına bərabərdir. Sozcu.az xəbər verir ki, bunu “Tavriya” Əməliyyat-Strateji Qüvvələr Qrupunun komandanı, briqada generalı Aleksandr Tarnavski deyib. O bildirib ki, raket və artilleriya bölmələri gün ərzində 1389 atəş missiyasını yerinə yetirib: “Son 24 saat ərzində düşmənin ölən və yaralananlarla itkisi demək olar ki, üç bölük sayına çatıb. Rusların 34 hərbi texnikası məhv edilib. O cümlədən, Ka-52 helikopteri, 4 ədəd tankı, 3 ədəd AFV-i, 2 ədəd D-30 topu, 2 ədəd “Supercam” PUA-sı, “Strela-10” zenit-raket kompleksi, 2 ədəd “Msta-B” haubitsası, avtomobil avadanlığı və s. sıradan çıxarılıb”

Rusiyanın ŞOK itkiləri açıqlandı

Ukrayna müharibənin 495-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 230 260 hərbçi, 4057 ədəd tank, 7899 ədəd zirehli döyüş maşını, 4220 ədəd artilleriya sistemi, 641 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 391 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 309 ədəd helikopter, 6834 ədəd avtomobil texnikası, 3573 ədəd PUA, 1264 qanadlı raket, 18 gəmi/qayıq, 590 xüsusi avadanlıq itirib.

Putini yaxşı tanıyıram, bu, sondur - Saakaşvili

Mən Putini yaxşı tanıyıram, bu günlərdə ona baxıram və onun bu qədər isterik olduğunu xatırlamıram. Sozcu.az xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında yazıb. “İndi mənə aydındır ki, Putinin hakimiyyətdə həftələri qalıb. Sonra qısa bir keçid və böyük qarışıqlıq olacaq. Bunun nə qədər tez baş verməsi, əsasən, Ukraynanın döyüş meydanında daim irəliləməsindən asılıdır. Tərəqqi davam edir, ukraynalılar Baxmutu önümüzdəki həftələrdə geri qaytaracaqlar, ən geci sentyabrda Azov dənizinə çatacaq və Krıma girməyə başlayacaqlar. Krıma girmək Putin üçün sondur. Diqqət edin ki, Putin ilk dəfə xalqın yanına mənim üslubumda getdi. Bunu Rusiyanın heç bir yerində gerçəkləşdirməyə risk etmədilər və onu Dağıstanın ən geridə qalmış bölgəsinə, Dərbəndə gətirdilər – burda onu təşkil etmək asandır. Bu, özünü qüdrətli imperator hesab edən Putinin sonudur”, - Saakaşvili qeyd edib.

İspaniya Ukraynaya daha 4 “Leopard” tankı göndərəcək

İspaniya Ukraynaya daha 4 “Leopard” tankı göndərəcək. Bu barədə İspaniyanın Baş naziri Pedro Sançes Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib. O, İspaniyanın Ukraynaya zirehli transportyorlar göndərəcəyini də qeyd edib. İspaniya indiyə qədər Ukraynaya 6 “Leopard 2A4” təhvil verib.

Ukrayna 21 min vaqnerçini məhv edib - Zelenski

Ukrayna hərbçiləri şərqdə gedən döyüşlər zamanı vaqnerçilərə böyük itkilər veriblər. Qoşunlar 21 minə yaxın muzdlunu məhv edib. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Vaqner"in rus ordusu qədər terrorçu olması fenomeni bəzi şeyləri anlamaq üçün çox vacibdir. Onların ən güclü qrupu Ukraynanın şərqindəydi və hücumlar üçün məhbuslardan istifadə edirdi. Onlar çox güclüydülər, çünki hücum etməkdən başqa çarələri yox idi”, - Zelenski bildirib.

Ukrayna Luqanskda bəzi yaşayış məntəqələrini Rusiya işğalından azad edib

Ukrayna Milli Qvardiyası Luqansk vilayətində bəzi yaşayış məntəqələrini Rusiyanın işğalından azad edib. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, 18 saatdan çox davam edən döyüşlərin nəticəsində Ukrayna ordusu yeni ərazilərdə möhkəmləmib. Xatırladaq ki, iyunun 25-də Ukraynanın Britaniya istehsallı “Storm Shadow” raketləri ilə Luqanska zərbələr endirib. Qeyd edək ki, Luqansk 2014-cü ildən Rusiyanın dəstəklədiyi separatçı qüvvələrin nəzarətində altındadır. Buradakı separatçı rejim Donbas müharibəsinin nəticəsində yaranıb.

Ukrayna bu istiqamətdə geniş hücuma başladı

Baxmut istiqamətində ukraynalı müdafiəçilər strateji təşəbbüsü ələ keçirərək geniş hücuma başlayır. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrin Baş Qərargahının spikeri Andrey Kovalev məlumat verib. Kovalevin sözlərinə görə, hücum əməliyyatı Baxmut, Melitopol və Berdyansk istiqamətlərində davam edir: “Rus işğalçı qoşunları şiddətli müqavimət göstərirlər. Eyni zamanda, düşmən canlı qüvvə və texnikada xeyli itki verir”.

Rusiya uduzur, artıq heç kim şübhə etmir - Zelenski

Rusiya uduzur. Ukraynanın özünü və müttəfiqlərini müdafiə etmək gücündə olduğuna heç kim şübhə etmir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “NATO-nun son illərdə əsas zəif tərəfi o idi ki, dünya alyansın şərq cinahını müdafiə edib-etməyəcəyinə şübhə ilə yanaşırdı. Amma Ukraynanın üzvlüyü bunu aradan qaldırır. Ukraynanın qələbəsindən sonra müttəfiqlər bizim döyüş briqadalarımızın ərazilərində yerləşdirilməsini istəyəcəklər, çünki Ukrayna güc ölkəsidir və bunu hamı görür”, - Zelenski bildirib.

Əsas əks-hücum hələ qarşıdadır - Reznikov

Ukrayna Silahlı Qüvvələrinin əsas əks-hücumu hələ qarşıdadır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib. Onun sözlərinə görə, Ukrayna hələ əsas ehtiyat qüvvələrini hərəkətə gətirməyib: “Qərbdə hazırlıq görmüş, NATO-nun müasir tank və zirehli texnikaları ilə silahlandırılmış briqadaların əksəriyyəti döyüşə girməyib və lazımi vaxtı gözləyir”. Reznikov bildirib ki, son həftələrdə bir sıra yaşayış məntəqələrinin azad edilməsi planlaşdırılanların yalnız bir hissəsidir: “Qoşunlara zərər verməmək üçün bəzi uğurlar hələ bildirilmir”.