İran Təl Əvivi vurdu

İran ordusu İsrailin paytaxtı Təl Əvivə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

Trampdan İran xalqına müraciət: Əməliyyatlardan sonra...

ABŞ Prezidenti Donald Tramp İran xalqına müraciət edib. Sozcu.az xəbər verir ki, o, İrana qarşı hərbi əməliyyat başa çatdıqdan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib. “Çox güman ki, bu, sizin yeganə şansınız olacaq”, - Tramp qeyd edib.

ABŞ İranda genişmiqyaslı əməliyyatlara başladı - Tramp

ABŞ İranda genişmiqyaslı döyüş əməliyyatlarına başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib. “Qısa müddət əvvəl İranda mühüm hərbi əməliyyatlara başladıq. Məqsəd ABŞ vətəndaşlarını İrandan gələ biləcək təhdidlərdən qorumaqdır”, - Tramp bildirib. Qeyd edək ki, daha əvvəl İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

Qum şəhərində nüvə obyektinə hücum edildi

İranın Qum şəhərində nüvə obyektinə hücum edilib. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

İsrail İran prezidentinin iqamətgahını vurdu - Təcili

İran prezidentinin iqamətgahı və kəşfiyyat qərargahı da daxil olmaqla, indiyə qədər İran ərazisində təxminən 30 hədəfə zərbə endirilib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

ABŞ "Sinaloa" kartelinin liderləri barədə məlumat verənə 10 milyon dollar mükafat təyin edib

ABŞ Meksikanın "Sinaloa" kartelinin liderləri Rene və Alfonso Arsat Qarsiya qardaşlarının tutulmasına kömək edən məlumatlara görə 10 milyon dollar mükafat təklif edib. Sozcu.az-ın məlumatına görə, bu barədə Dövlət Departamenti açıqlama yayıb. Qeyd olunur ki, "Qurbağa" ləqəbi ilə tanınan Rene Arsat Qarsiya və "Axilles" kimi tanınan qardaşı Alfonso Arzat Qarsiya təxminən 15 ildir ki, kartelin bölmələrindən birinə rəhbərlik edir və ABŞ-yə fentanil də daxil olmaqla narkotik qaçaqmalçılığına nəzarət edir. 2014-cü ildə ABŞ hakimiyyəti onları qiyabi olaraq ittiham edib, 2023-cü ildə isə ABŞ-nin Maliyyə Nazirliyi onları narkotik qaçaqmalçılığına görə sanksiya siyahısına salıb. Rene Arzat Qarsiya həmçinin xarici terror təşkilatının fəaliyyətinə dəstək verməkdə, metamfetamin, kokain, fentanil və marixuana qaçaqmalçılığında və çirkli pulların yuyulmasında ittiham olunur. Qeyd olunur ki, ötən ilin fevral ayında ABŞ administrasiyası "Sinaloa" və "Jalisco Nueva Generacion" da daxil olmaqla səkkiz narkotik kartelini xarici terror təşkilatı kimi tanıyıb.report)

Polkovnik həbs edildi

Ermənistan Polisinin Baş Cinayət Axtarışı İdarəsinin rəis müavini polkovnik Ovanes Tamamyan həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. İlkin istintaq zamanı əldə edilən faktiki məlumatlara əsasən, Ovanes Tamamyan 2008-ci il martın 1-də heç bir əsas olmadan polis əməkdaşlarına İrəvanın Azadlıq Meydanında etirazçı E.A.-nı döyməyi və onu Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparmağı tapşırıb. Bu tapşırıq əsasında E.A.-ya qarşı zorakılıq tətbiq edilib: onun bədəninin müxtəlif yerlərinə dəfələrlə yumruq və təpik vurulub, nəticədə ağır, həyati təhlükə yaradan xəsarətlər alıb. Ovanes Tamamyan Cinayət Məcəlləsinin 38-309-cu maddəsinin 3-cü hissəsi (vəzifə səlahiyyətlərindən sui-istifadəyə təhrik etmə) ilə ictimai cinayət işi açılıb. 25 fevral 2026-cı il tarixində Ovanes Tamamyan məhkəməyə verilmək üçün həbs edilib. İlkin istintaq davam edir.

İrana heç vaxt icazə verməyəcəyəm… - Tramp

İranda rejim və onun qatil əlaltıları 47 il əvvəl bu qürurlu millətə nəzarəti ələ keçirdikdən bəri terrorizm, ölüm və nifrətdən başqa bir şey yaymayıblar. Onlar minlərlə Amerika hərbçisini və milyonlarla insanı öldürüb. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. “Onlar artıq Avropanı və xaricdəki bazalarımızı təhdid edə biləcək raketlər hazırlayıblar və tezliklə ABŞ-a çatacaq raketlər yaratmaq üzərində işləyirlər. Onlar razılaşmaq istəyirlər, amma biz “heç vaxt nüvə silahımız olmayacaq” sözlərini eşitməmişik. Mənim seçimim bu problemi diplomatiya yolu ilə həll etməkdir. Amma bir şey dəqiqdir: heç vaxt dünyanın bir nömrəli terror sponsorunun nüvə silahına sahib olmasına icazə verməyəcəyəm”, - o bildirib.

Rusiya tatarları və başqırdları qırğına verir

Ukrayna ilə müharibədə 200.000-dən çox Rusiya hərbçisi həlak olub. Sozcu.az Mediazona və BBC tərəfindən təsdiqlənmiş məlumatlara əsasən xəbər verir ki, itkilər baxımından 2025-ci il Rusiya ordusu üçün ən qanlı il olub. Ötən il həlak olan 49.935 rus hərbçisinin adı təsdiqlənib, lakin məlumatlar gecikmə ilə daxil olduğu üçün nekroloq bazasında hələ də on minlərlə qeyd var. Həlak olan 122.700 hərbçi şəhər , 57.200 nəfər isə kənd sakini olub. Bir milyondan çox əhalisi olan böyük şəhərlər və qəsəbələr "müharibədən demək olar ki, təsirlənməyib": ölənlərin üçdə ikisi 100.000-dən az əhalisi olan şəhərlərdə yaşayırdı. Ölüm hallarının mütləq sayına görə, siyahının başında Başqırdıstan (7,7 min), Tatarıstan (6,8 min) və Sverdlovsk vilayəti (6,3 min) gəlir.Modern)

Ukrayna Rusiyanın əsas neft stansiyasını vurdu

Ukrayna Tatarıstanın Almetyevsk şəhəri yaxınlığındakı “Kaleykino” neft nasos stansiyasına PUA zərbələri endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. “Zərbələr böyük yanğına səbəb olub. Ukrayna sərhədindən 1000 km-dən çox məsafədə yerləşən bu stansiya xam nefti birbaşa “Drujba” neft kəmərinə vurur. Obyekt Rusiyanın “Transneft” şirkətinə məxsusdur”, - məlumatda qeyd olunub.

Burada hər 12 dəqiqəyə bir rus əsgər məhv edilir

Rus ordusu Zaporojye şəhərinə yaxınlaşmaq üçün irəliləməyə çalışır. Bu istiqamətdə sonuncu əsas maneə Ukrayna ordusu tərəfindən müdafiə olunan kiçik Stepnoqorsk kəndidir. Sozcu.az xəbər verir ki, bu barədə “Taym” nəşri yazıb. “Təxminən 20 000 rus əsgəri Stepnoqorska göndərilib və onlar 22 kilometr aralıda yerləşən Zaporojye istiqamətində şimala doğru irəliləmək niyyətində idilər. Bu kənd Konska çayı qarşısındakı son Ukrayna qalasıdır. Ruslar bu səddi keçə bilsələr, Zaporojye şəhərini artilleriya atəşinə tuta biləcəklər. Stepnoqorsk döyüşü elit bölmələr tərəfindən aparılır. Ruslar kəndə iki hava-desant diviziyası, bir motoatıcı diviziya və bir xüsusi təyinatlı briqada göndəriblər. Onların qarşısında isə sayları 7 dəfədən də az olan Ukrayna Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları, eləcə də piyada, dron və ərazi müdafiə bölmələri dayanıb. Bu kənddə bir rus əsgərinin orta ömrü 12 dəqiqə təşkil edir”, - nəşr bildirib.

Çin yeni nəsil nüvə silahı hazırlayır - CNN

ABŞ xüsusi xidmət orqanları Çinin yeni nəsil nüvə silahı hazırladığını və nüvə arsenalının yenilənməsi çərçivəsində artıq ən azı bir sınaq keçirdiyini hesab edir. Sozcu.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadla məlumat yayıb. Mənbələrin iddiasına görə, nüvə arsenalına yatırılan investisiyalar sayəsində Çin dominant nüvə dövlətlərinin heç birində olmayan texniki imkanlara malik ola bilər. Nəşr bildirir ki, Çinin 2020-ci ilin iyun ayında ölkənin şimal-qərbində yerləşən Lop-Nur poliqonunda sınaq keçirdiyi və bununla da 1996-cı ildə tətbiq olunmuş moratoriumu pozduğu güman edilir. ABŞ xüsusi xidmət orqanları hesab edirlər ki, bu sınaq Çinin yeni nəsil nüvə silahı yaratmaq istəyindən irəli gəlib. Ehtimallara görə, Çin heç vaxt istehsal etmədiyi gücü az olan taktiki nüvə silahı da hazırlaya bilər.