Ukrayna XİN: Kremlin Kiyevə terror ittihamları planlaşdırılmış təxribatdır

Ukrayna Moskva vilayətindəki “Krokus siti holl” konsert zalında baş vermiş silahlı hücumda Ukraynanın əli olması ilə bağlı Rusiya rəsmilərinin səsləndirməyə başladığı ittihamları qəti şəkildə rədd edir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna XİN bəyanat verib. “Biz bu cür ittihamları Rusiya cəmiyyətində anti-Ukrayna isteriyasını daha da qızışdırmaq, dövlətimizə qarşı cinayətkar təcavüzdə iştirak etmək üçün Rusiya vətəndaşlarının səfərbərliyinin gücləndirilməsinə şərait yaratmaq və Ukraynanı beynəlxalq ictimaiyyətin qarşısında nüfuzdan salmaq məqsədilə Kremlin planlı təxribatı hesab edirik”, – nazirlik diqqətə çatdırıb. Qurum vurğulayıb ki, Rusiyanın 1999-cu ildə Kaşirskoye şossesində törədilmiş terror aktı kimi xüsusi xidmət orqanlarının qanlı təxribatlarının uzun tarixi var. XİN qeyd edib ki, Kreml üçün qırmızı xətt mövcud deyil: “Ukraynaya qarşı müharibə zamanı raket zərbələri, artilleriya atəşi və işgəncələr nəticəsində minlərlə Ukrayna vətəndaşını qətlə yetirdiyi kimi, siyasi məqsədlər üçün öz vətəndaşlarını da öldürməyə hazırdır”. Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Ukraynanın Krasnoqorskdakı hadisədə iştirakı ilə bağlı Rusiyanın ittihamlarını qətiyyətlə rədd etməyə və Rusiyanın cinayətkar təcavüzünə qarşı mübarizədə Kiyevə dəstəyi gücləndirməyə çağırıb. Xatırladaq ki, daha öncə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak Kiyevin Moskva vilayətində baş vermiş terror aktı ilə əlaqəsinin olmadığını bildirərək hadisənin təxribat olmasına işarə edib. Martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Onların saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib. Şübhəli şəxslərin beş nəfər olduğu güman edilir. Olayda ümumilikdə 40 nəfər ölüb, 147 nəfər yaralanıb.

"Qırmızı həyəcan": 2024-cü il son 174 il ərzində ən ağır il olacaq

"Ən həyəcan doğuran amillər arasında okeanın misli görünməyən istiləşməsi, buzlaqların və dəniz buzunun əriməsi göstərilir..." "Təcili tədbirlər görülməyəcəyi təqdirdə Avropa üçün iqlim dəyişikliyinin nəticələri fəlakətli olacaq..." Ötən il bütün qlobal iqlim rekordları keçilib, lakin 2024-cü il daha da ağır ola bilər. Sozcu.az xəbər verir ki, bu barədə Ümumdünya Metereoloji Təşkilatının baş katibi Selesta Saulo bəyan edib. Məlumatı "Reuters" beynəlxalq agentliyi yayıb. Ümumdünya Meteoroloji Təşkilatının (ÜMT) illik hesabatında deyilir ki, planetdə orta temperatur 174 illik müşahidələr ərzində ən yüksək səviyyəyə çataraq sənayedənöncəki dövrü Selsi şkalası üzrə 1, 45 dərəcə üstələyib. Alimlər hərarətin 1, 5 dərəcə yüksəlməsini kritik hesab edir.  "Ümumdünya Meteoroloji Təşkilatı Birliyi bütün dünya üçün qırmızı həyəcan elan edir", - Selesta Saulo deyib. Ən həyəcan doğuran amillər arasında o, okeanın misli görünməyən istiləşməsi, buzlaqların və dəniz buzunun əriməsini göstərib. ÜMT-nin məlumatına görə, hərarətin əhəmiyyətli yüksəlməsi dənizlərin 90 faizdən çoxunda qeydə alınıb.  Saulonun sözlərinə görə, okeanın istiləşməsi xüsusilə həyəcan doğurur, çünki bu, "demək olar ki, geriyədönməzdir" və, mümkündür ki, stabil soyuması üçün minilliklər tələb olunacaq. 2023-cü ildə BMT meteoroloqları qlobal istiləşməni iqlimin antropoloji dəyişikliyi və El-Ninyonun başlanması, yəni Sakit okeanın ekvatorial sularının hərarətinin yüksəlməsi ilə əlaqələndirib. ÜMT 2024-cü ildə isti havanın yeni rekordlarının olacağını bəyan edir, çünki El-Ninyodan bir il sonra adətən havanın daha da istiləşməsi müşahidə edilir. Xatırladaq ki, bu yaxınlarda Avropa Ətraf Mühit Agentliyi təcili tədbirlər görülməyəcəyi təqdirdə Avropanın iqlim dəyişikliyinin "fəlakətli" nəticələrindən əzab çəkə biləcəyi barədə xəbərdarlıq edib. Agentlik Avropada iqlimlə bağlı 36 təhlükəni sadalayıb, onlardan 21-i "təxirəsalınmaz tədbirlər tələb edir", 8-i "xüsusilə təxirəsalınmaz" adlandırılıb.

Türkiyədəki zəlzələni proqnozlaşdıran alim: “Seysmik qiyamət qopacaq, Yer titrəyəcək”

Niderlandlı seysmoloq Frenk Huqerbits Günəş sistemində güclü seysmik aktivliyə səbəb ola biləcək unikal hadisə barədə xəbərdarlıq edib. Türkiyə və Suriyada zəlzələ ilə bağlı proqnozu ilə tanınan elm adamı martın 13-dən başlayan və 17-dək davam edəcək planetar yaxınlaşmanı əsas gətirib. O qeyd edib ki, bu hadisə təxminən hər 14 ildən bir baş verən Günəş, Yupiter və Uranın düzülməsidir. Bu dəfə Merkuri və Venera da onlara qoşulacaq. Alimin sözlərinə görə, bu düzülüş maqnitudası səkkiz bala qədər olan güclü zəlzələlərə şərait yarada bilər. Huqerbits sözlərinə görə, xüsusi dəhşətli zəlzələlər 15-16 martda gözlənilir.oxu)

KİV: ABŞ yanvar ayında İranı husilərə təsir etməyə razı salmağa çalışıb

Amerika Birləşmiş Ştatları yanvar ayında İranla gizli danışıqlar apararaq, Tehranı Qırmızı dənizdə gəmilərə hücumlar həyata keçirən Yəmənin husi üsyançılarına təzyiq göstərməyə inandırmağa çalışıb. Sozcu.az xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti Amerika və İran rəsmilərinə istinadən məlumat yayıb. Mövcud məsələ üzrə ilkin danışıqlar 10 ay əvvəl Omanda reallaşıb. Vaşinqtonu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edən Abram Paley, Tehranı isə xarici işlər nazirinin müavini Əli Baqeri Kani təmsil edib. İki nümayəndə heyətinin üzvləri birbaşa deyil, Omandakı vasitəçilərlə əlaqə saxlayıblar. Məsləhətləşmələrin ikinci raundu fevralda baş tutmalı idi, lakin ABŞ-ın Qəzza zolağında münaqişəni həll etmək səyləri fonunda təxirə salınmışdı. Tərəflər Qırmızı dənizdə və Ədən körfəzində gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi məsələsindən əlavə, İranın nüvə proqramını müzakirə ediblər.

“Dedilər, sabahdan işə gəlmə” – Aydın Əliyev

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa Diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev “İstanbul” Klinikasındakı işindən uzaqlaşdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabında məlumat yayıb. “Əziz dostlar! Təhdiddənmi, qorxudanmı? Bilmirəm. “İstanbul” Klinikasının rəhbərliyi məni bu gün işdən çıxardı. Sabahdan işə gəlmə, dedilər. Hanı bəs hüquqi dövlət? İnsanı işdən çıxarmaq bu qədər asanmı? Hanı həmkarlar? Hanı bəs işçi haqları? Hanı bəs əmək müqaviləsi?”, - radioloq bildirib. Xatırladaq ki, bir müddət əvvəl o, feysbuk hesabında paylaşım edərək, həbs olunma ehtimalından yazıb. Qeyd edək ki, bir-neçə gün əvvəl Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli “İstanbul” Klinikasının önündə saxlanılıb. Onun saxlanılma görüntülərini Aydın Əliyev öz sosial şəbəkə hesabından yayıb.yeniavaz)

Qohum evliliklərinə qadağa qanunsuz nikahlara yol açacaq

“Qohum evliliklərinə qadağa qoyulması qanunsuz nikahların, dini kəbinlərin sayının artmasına gətirib çıxaracaq”. Sozcu.az xəbər verir ki, bu barədə Xəzər Universitetinin müəllimi, hüquqşünas Akif Əlizadə qohum evlilikləri ilə bağlı təşkil edilən ictimai müzakirədə deyib. “Tibbi müayinədən keçən cütlüklərdə mövcud olan və genetik ötürülə biləcək xəstəliklər haqqında risklər ciddi dəyərləndirilmədir. Əgər tibbi müayinədə gələcək övladların sağlamlığı üçün təhlükəli məqamlar aşkarlanarsa, həmin şəxslərin nikahına qadağa qoyula bilər. Birbaşa qohum evliliklərinə ümumi qadağa qoyulsa, problemlərə, narazılıqlara səbəb ola bilər”.

Prokurorluq onların əməllərini araşdırır - Məsələ ciddiləşir

Xəbər verdiyimiz kimi,  ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar.  Onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib.  Telekanalların rəhbərlərinin nəzərinə çatdırılıb ki, qısa zamanda bu biabırçılığa son qoyulmayacağı təqdirdə, qanuna uyğun şəkildə sanksiyalar tətbiq olunacaq.  Yenisabah.az bununla bağlı sensasiya sayılacaq məlumatlar əldə edib. Sözügedən TV-lərdən birinin məsul əməkdaşı saytımıza açıqlamasında deyib ki, məsələyə artıq hüquq-mühafizə orqanları da müdaxilə edib. Onun sözlərinə görə, cəmiyyətin narazılıq etdiyi populyar sosial verilişlərin fəaliyyəti prokurorluq orqanları tərəfindən araşdırılır. Bu məqsədlə bəzi aparıcılar prokurorluğa dəvət olunub və onlardan izahat alınıb.   Mənbə deyib ki, prokurorluq ilk növbədə verilişlərdə yığılan pulun məbləğini və əldə olunan vəsaitin hansı təyinat üzrə xərcləndiyini araşdırır.yenisabah)

Hindistan bölünən döyüş başlığı olan ilk ballistik raketini sınaqdan keçirib

Hindistanın Baş naziri Narendra Modi bölünən döyüş başlığı olan “Agni-V” ballistik raketinin ilk uçuş sınaqlarının keçirildiyini açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkədə bildirib. “Biz yerli istehsal olan “Agni-V” raketinin ilk uçuş sınağına görə Müdafiə Tədqiqat və İnkişaf Təşkilatımızın alimləri ilə fəxr edirik”, – Modi qeyd edib.

“Rusiya öz hərbi kontingentini Azərbaycan ərazisində saxlamaq niyyətini gizlətmir...”

“Rusiya-Ukrayna müharibəsinin bizim Ermənistanla sülh əldə etməyimizin perspektivi ilə o qədər də əlaqəsi yoxdur...” “Doğrudur, Rusiya qoşunlarının ərazimizdə qalması müstəqilliyimizə təhdid və təhlükədir. Ona görə də Azərbaycan artıq hazırlıq işlərini görür və Rusiya qoşunlarının ölkəmizin suveren ərazisindən çıxarılması üçün zəmin yaradır. Rusiya isə öz hərbi kontingentini ərazimizdə saxlamaq niyyətini gizlətmir. Amma böyük ehtimalla həmin hərbi birləşmə yaxın müddətlərdə Yuxarı  Qarabağı tərk etməli olacaq. Azərbaycan dövləti də bu məsələdə qərarlıdır” Bu fikirləri Moderator.az-a açıqlamasında Azad Vətən partiyasının sədri Akif Nağı “Rusiya qoşunlarının “sülhməramlı” adı altında hələ də Qarabağda - Azərbaycan ərazisində də qalması gələcəkdə dövlət müstəqilliyimiz üçün təhdid deyilmi?” sualını cavablandırarkən ifadə edib. “Necə hesab edirsiz, yaxın illərdə Rusiya Ukraynada hərbi-siyasi baxımdan tam məğlub olmasa, Azərbaycanla Ermənistan arasında sülh yaranmasına imkan verəcəkmi?” sualını isə partiya sədri belə cavablandırıb:  “Rusiya-Ukrayna müharibəsinin bizim Ermənistanla sülh əldə etməyimizin perspektivi ilə o qədər də əlaqəsi yoxdur. Biz sülh müqaviləsinin imzalanmasında maraqlıyıq. Ermənistan isə məğlub durumda olduğuna görə buna o qədər də həvəsli görünmür. Ona görə də sülh üçün Ermənistana kimsə tapşırıq verməlidir ki, o da, yerinə yetirsin, ya da biz yenə də güc amilini işə salmalıyıq. Ermənistanı sülhə gətirəcək başqa təsir variantı yoxdur. Onların başa düşdüyü iki dil var: ya tapşırıq, ya da yumruq...”

746-cı gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 746-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 424 060 hərbçi, 6 731 ədəd tank, 12 850 ədəd zirehli döyüş maşını, 10 466 ədəd artilleriya sistemi, 1015 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 709 hava hücumundan müdafiə sistemi, 347 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 13 752 ədəd avtomobil texnikası, 8 082 ədəd PUA, 1 919 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 672 xüsusi avadanlıq itirib.

İspaniya rəsmən Fələstinin müstəqilliyini tanıya bilər

İspaniya Fələstinin müstəqilliyini rəsmən tanıya bilər. Sozcu.az xəbər verir ki, bu barədə İspaniya Baş naziri Pedro Sançes bildirib. O qeyd edib ki, ölkə parlamentinə Fələstin dövlətinin İspaniya tərəfindən tanınmasını təklif edəcək.

Özünü güllələyən şəxs iş adamı olub - 1 milyon borcu varmış

Xəbər verdiyimiz kimi, Saatlıda güllələnmə hadisəsi baş verib.  Sozcu.az bildirir ki, rayonun Məzrəli kənd sakini, 1987-ci il təvəllüdlü Telman Ehtiram oğlu Mehtiyev özünü yaşadığı evin qarşısında güllələyib. Ağır xəsarət alan şəxs Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəfat edib.  Hadisənin səbəbi məlum olub. Bildirilib ki, T.Mehtiyev Bakıda ticarətlə məşğul olurmuş və işləri ilə əlaqədar 1 milyon manata yaxın borcu formalaşıb. Bir neçə gün əvvəl pul sahibləri onun ardınca Saatlı rayonuna gediblər, həmçinin barəsində polisə şikayət edilib.  Araşdırmalar davam etdirilir.("Qafqazinfo")