Ərdəbil ETTELAAT-ı milli-mədəni fəal hədələyib

Əli Nigəhban telefon vasitəsilə Ərdəbil Təhlükəsizlik və Kəşfiyyat İdarəsinə çağrılaraq saatlarla dindirilib.

Ərdəbil şəhərində yaşayan milli-mədəni fəal Həbib Nigəhban fevral ayının 28-də telefon vasitəsilə Ərdəbil ETTELAAT-nın informasiya qərargahı tərəfindən idarəyə çağrılıb. Onun, saatlarla təhlükəsizlik məmurları tərəfindən dindirildiyi və hədələndiyi bildirilir.

Son günlər bu fəal dəfələrlə idarəyə çağrılsada, o, bunu qanunsuz adlandırıb və müraciə etməkdən imtina edib.

H.Nigəhbanın dediyinə görə, iş vaxtından sonra 4 saat davam edən dindirmə zamanı təhlükəsizlik məmurları ona “bütün milli-mədəni fəalların dosiyalarının əllərində olduğunu, istədikləri vaxt onları həbs edə biləcəklərini” deyiblər.

H.Nigəhban Təbriz Universitetinin Coğrafiya və Şəhərsalma üzrə magisridi. O, bundan öncə, illik “Savalan” dağı tədbiri, Təbrizin Səhənd Stadionu və tanınmış milli-mədəni fəal Əziz Purvəli yas mərasimində saxlanılıb.

Qeyd edək ki, son vaxtlar Ərdəbil İTTELAAT-ı bir çox milli-mədəni fəalları çağıraraq dindirib və hədələyib. Bir sıra fəallar bu dəvəti qanunsuz hesab etdikləri üçün getməkdən imtina edib və rəsmi məhkəmə çağırışı tələb ediblər.

Facebook Comments