İqtisaçı ekspert Natiq Cəfərli icra başçılarının maaşları ilə bağlı maraqlı məlumat paylaşıb.
Sozcu.az xəbər verir ki, o, icra başçılarının maaşlarının inzibati-ərazi vahidləri üzrə bu cür maaş aldıqlarını qeyd edib:
Bakı şəhər icra başçısı – 7650 manat.
Gəncə, Sumqayıt şəhərlərinin icra başçıları – 5625 manat.
Əhalisi 100 mindən çox olan rayonlar – 4587,5 manat (Abşeron, Masallı, Şəmkir və s.)
Əhalisi 50-100 min arası olan rayonlar – 4225 manat (Ucar, Lerik, Beyləqan və s.)
Əhalisi 50 minə kimi olan rayonlar – 3837,5 manat (Xızı, Sədərək, Daşkəsən və s.).
Ekspert əlavə edib ki, bu məbləğdən 14% gəlir vergisi, 3% DSMF, 2% tibbi sığorta, 0,5% işsizlik sığortası, bir faiz də YAP-a üzvlük haqqı tutulur:
“Yeri gəlmişkən, bu maaşlar 1 mart 2022-ci ildən sonra artıb, həmin tarixdən icra başçılarının əsas maaşına 1,5 misli əlavə verilir. Yəni, məsələn, 2022-ci ilə qədər Bakı şəhəri icra başçısının maaşı cəmi 3060 manat idi.
Məmləkətdə ərazi və əhalisi böyük olmayan Xızı rayonu var, 2012-ci ildən həmin rayonun icra başçısı eyni insandır. Bu məmur 2012-ci ildən 2022-ci ilə qədər ayda, bütün vergiləri çıxandan sonra, 1700 manata yaxın maaş alırmış, indi bütün ödənişləri çıxandan sonra 3000 manat civarında maaş alır. Sizcə, bu məmur 10 il 1700 manat, son 3 ildə isə 3000 manat maaşa necə dolanıb, yaşadığı ev, sürdüyü maşın bu gəlirə uyğundurmu?!
Söhbət bir tək Xızı rayonundan getmir, istənilən rayonun icra başçısı ilə bağlı eyni sözləri, yanaşmanı söyləmək olar”.
N.Cəfərli bildirib ki, Azərbaycanda icra başçıları instutu köhnəlib.