Türkiyənin Bursa şəhəri ilə Təbriz qardaşlaşmış şəhərlər elan olunublar

Təbriz Bələdiyyəsinin Kommunikasiya və Beynəlxalq Əlaqələr Baş direktoru Təbrizin Türkiyənin Bursa şəhəri ilə qardaş olduğunu elan edib.

Təbriz Bələdiyyəsinin ictimaiyyətlə əlaqələr bölmıəsindən verilən bilgiyə görə Səid Hacızadə Təbriz və Türkiyə Cumhuriyyətinin 4-cü böyük şəhəri Bursa şəhərlərinin bir çox ortaq cəhətləri olduğunu deyib.

Təbriz Bələdiyyəsinin Kommunikasiya və Beynəlxalq Əlaqələr Baş direktoru Səid Hacızadə “şəhər idarəçiliyi sahəsində elmi və praktik məlumatların mübadiləsi, turizm sektorunun inkişafı, tacirlərin və istehsalat fəaliyyətlərinin təşviqi üçün kordinasiyalı əməkdaşlıq, Təbriz şəhərinin potensial və imkanlarını tanıtmaq və Bursanın mədəniyyət və ədəbi dairələri ilə əlaqələr qurmağın bu qardaşlığın hədəflərindən” olduğunu söyləyib.

Facebook Comments