MAR-da rus muzdlulara hücum: ölənlər var

Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin bir neçə döyüşçüsü öldürülüb, biri isə Mərkəzi Afrika Respublikasındakı qiyamçılar tərəfindən əsir götürülüb.

Sozcu.az xəbər verir ki, bu məlumatı “Corbeau News” portalı yayıb. Məlumata görə, rus muzdlular Kombele kəndi yaxınlığında 10 fevralda ələ keçiriliblər. Muzdluların Dəyişiklik üçün Vətənpərvərlər Koalisiyası tərəfindən məhv edildiyi bildirilib.

Qeyd edək ki, əslən azərbaycanlı olan məşhur jurnalist Orxan Camalın qətlindən sonra “Vaqner”in döyüşçülərinin MAR-da olması məsələsi aktuallaşsa da, bu fakt təkzib edilmişdi. Camalın ölümündən sonra Rusiyanın müxalif jurnalistləri “Vaqner”in MAR-da hökuməti müdafiə etdiyi və əvəzində əlvan metalların çıxarıldığı mədənin işlənilməsini həyata keçirdiyini bildirmişdilər.

Facebook Comments