Sənədsiz azərbaycanlı uşaqlar üçün Ərdəbildə qrafitlər çəkilib

İran hökumətinin türkcə adlara qoyduğu qadağalara Ərdəbildə etiraz edilib.

Fevral ayının 12-də Ərdəbil şəhərində bir qrup milli-mədəni fəal şəhər divarlarında qrafitlər çəkərək İranın Vətəndaşlığın Qeydiyyatı İdarəsinin azərbaycanlı uşaqlara türkcə adlarına görə kimlik bəlgəsi verməməsinə etiraz ediblər.

Qrafitlərdə türkcə adına görə 8 aydır sənədsiz qalan ərdəbilli “Ayıl”ın adı əks olunubdur.

Ərdəbilli musiqiçi və milli fəal Səccad Colaninin qızı, Ayılın anadan olmasından 8 ay keçməsinə baxmayaraq valideynləri ona sənəd ala bilmıəyiblər. Onlar öz övladlarına Azərbaycan mədəniyyətinə uyğun qoyduqları adı rəsmiləşdirmək üçün dəfələrlə Ərdəbil və İran “Vətəndaşlığın Qeydiyyatı İdarəsi”nə müraciət etsələrdə buna müvəffəq olmayıblar.

Xatırladaq ki, Güney Azərbaycan və Tehranda aylar və hətta illərdir uşaqlarına seçdikləri türkcə ad ilə kimlik bəlgəsi ala bilməyən ailələr səslərini sosial media vasitəsilə eşitdirməyə çalışır.

Son vaxtlar Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində bəzi ailələr kimlik bəlgəsi almaq üçün dövlət qurumlarına müraciətlərinin nəticəsiz qaldığını bildiriblər.

Bundan öncə, Ayıl, Sevgi, Atakan, Yağış, Anar, Huntay, Türkay və b. uşaqların valideynləri övladlarına türkcə ad seçdikləri üçün kimlik bəlgəsi ala bilmədiklərini ictimailəşdiriblər.

Facebook Comments