Qəbələdə ayı arıçıya hücum etdi – DƏHŞƏT

Qəbələdə ayı arıçıya hücum çəkib.

Sozcu.az-ın məlumatına görə, hadisə rayonun Vəndam kəndində qeydə alınıb.

Qəsəbə sakini Fərman Rəcəbov kənd ərazisində arı pətəklərini düzərkən qəfildən Qafqaz ayısının hücumuna məruz qalıb. F. Rəcəbov ayı ilə əlbəyaxa olub və çətinliklə onun pəncəsindən qurtula bilib.

Yaralı halda dərəyə aşan arıçı bir xeyli orada qaldıqdan sonra qardaşına zəng edib. Yaralı Qəbələ Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanada yaralıya sol ayağının, baş və qarın nahiyələrinin çoxsaylı xəsarətləri diaqnozu qoyulub. Daha sonra o, müalicəsinin davam etdirmək üçün Bakı şəhərinədəki xəstəxanaların birinə göndərilib.Qafqazinfo

Facebook Comments