“Bəlkə Messiyə zəng edim?”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola sabiq komandası “Bavariya”nı dünya çempionatının finalında Meksika “Tiqres”i üzərindəki qələbə (1:0) münasibəti ilə təbrik edib.

Sozcu.az-ın xəbərinə görə, Münhen klubunun rəsmi Tvitter səhifəsində yer alan təbrikdə deyilib:

“Biz fəxr edirik, mən fəxr edirəm. Hamıya, xüsusən Hans-Diter Flikə, oyunçulara və personala bu əlamətdar qələbə münasibəti ilə təbriklərimi çatdırıram.

Amma man Hansa demək istəyirəm ki, siz altı titulu dalbadal udan ikinci komandasınız. Sizə qədər bir komanda da vardı – “Barselona”. Ona görə də bəlkə mən Messiyə və kampaniyasına zəng edim ki, yeddinci titul uğrunda oynayaq? Deyin, harada və nə vaxt! Biz orada olacağıq”.

Facebook Comments