Türkmənistan prezidenti bu naziri danladı

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkədə “xalq xoşbəxtliyi” mövzusunda tamaşaların azlığı və teatr sahəsinin ümumi tənəzzülünə görə mədəniyyət naziri Atagəldi Şamıradovu açıq şəkildə danlayıb.

Sozcu.az xəbər verir ki, bu barədə yerli “Neytral Türkmənistan” qəzeti məlumat yayıb.

Berdiməhəmmədovun sözlərinə görə, ölkədəki mədəniyyət sahəsində durğunluğun səbəbi uşaq incəsənət məktəblərinin və rəssamlıq müəssisələrinin işinin pis təşkil edilməsidir. O, nazirə bütün tədris proqramlarını nəzərdən keçirib, yenidən tərtib etməyi tapşırıb.

Facebook Comments