Qaxda mağazadan oğurluq edən şəxslər saxlanılıb

Qax Rayon Polis Şöbəsinə rayonun Qıpçaq kəndində yerləşən mağazadan naməlum şəxslər tərəfindən pul, spirtli və enerji içkiləri, telefon danışıq kartları, siqaret və yuyucu tozları oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sozcu.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qıpçaq kənd sakinləri olan üç yeniyetmə saxlanılıb. Onlar törətdikləri cinayət əməlini etiraf edib və oğurladıqlarının bir qismi həmin şəxslərdən maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Facebook Comments