Terrorçu Köçəryanın arvadı doğum gününü Qarabağdakı evində keçirdi?..

Xəbərin dezinformasiya olub-olmadığını Laçın sərhəd məntəqəsindəki Rusiya sülhməramlıları(!) yaxşı bilər…

Qəsbkar Ermənistanın terrorçu eks-prezidenti Robert Köçəryanın arvadı Bella Köçəryan da Laçın sərhəd-keçid məntəqəsindəki Rusiya hərbçilərinin icazəsi ilə Azərbaycanın dövlət sərhədini pozaraq Qarabağa gəlib.

Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumatdan belə çıxır. Xəbərdən B.Köçəryanın yanvarın 31-də doğum gününü Xankəndindəki evlərində qeyd etdiyi bəlli olur.

“Çoxsaylı təbrik və arzulara görə minnətdaram. İndi Artsaxdayam: qohumların və dostların əhatəsində… Stepanakertdəki evimizdə…. Bu gün həyəcansız, ağrını gizlətmədən danışmaq çətindir… Ancaq şəhərimiz yaşayır və yaşamalıdır” – deyə Xocalı qatilinin arvadı “Facebook” səhifəsində yazıb…

B.Köçəryan Xankəndi küçələrində erməni əsgərlərinin göründüyü belə bir foto da paylaşıb…

P.S. Xəbərin dezinformasiya olub-olmadığını Laçın sərhəd-keçid məntəqəsindəki Rusiya sülhməramlıları(!) yaxşı bilər…

Facebook Comments