Ziyalılar sabiq səfir üçün Prezidentə müraciət etdi – Foto

Bir qrup ziyalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə sabiq səfir Eldar Həsənovun zaminə buraxılması ilə bağlı müraciət edib.

Sabiq səfirin yaxınlarının Axar.az-a verdiyi məlumata görə, xalq şairi Vahid Əziz, xalq artisti Rasim Balayev, xalq yazıçısı Çingiz Abdullayev, xalq şairi Ramiz Rövşən və əməkdar jurnalist Əlövsət Ağalarov Prezidentə müraciət edərək, Eldar Həsənovla bağlı həbs qətimkan tədbirinin zaminliklə dəyişdirilməsi və onun sözügedən şəxslərin zamininə buraxılmasını xahiş ediblər.

Facebook Comments