Baş məşqçi Traxtur komandasının tərəfdarlarından üzr istəyib -Video

O, iki amilin oyunla bağlı qurduqları planın müsbət nəticə verməməsinə səbəb olduğunu deyib.

Dünən, yanvar ayının 18-də, Təbrizin “Səhənd” stadioununda İran Premiyer Liqasının 11-ci həftəsində ən həssas qarşılaşmalardan biri baş tutub.

Təbrizin “Traxtur” komandası ilə Tehranın “İstiqlal” komandaları arasında keçirilən görüşün 3-1 hesablı nəticəsi Traxtur fanatlarının məyusluğuna səbəb olub.

İran mətbuatı bunu “İstiqlalın ağır qisası” başlığı ilə yayınlayıblar. İki komandanın bundan öncəki qarşılaşmasında Traxtur komandası İstiqlalı 3-0 hesabı ilə məğlub etmişdi.

Traxtur komandasının məşqçısı keçirdiyi mətbuat konfransında azərbaycanlı tərəfdarlardan üzr istəyərək iki amilin onların oyunla bağlı hesablamalarının pozulmasına səbəb olduğunu deyib.

“İstiqlal”ın ilk qolunun qapıdan keçməsini güclü küləyin “əməyi” olduğunu söyləyən Abbas Çəməniyan, Traxturun iki əsas oyunçusunun zədəli olduğunu və bunun rəqib komandaya avantaj sağladığını bildirib.

A.Çəməniyan nəticənin komanda və Traxtur tərəfdarları üçün inanılmaz olduğunu bildirməklə yanaşı qarşı komandanı təbrik edib. İstiqlal komandasının heyəti isə bu nəticəni “ağır qisas” adlandırıb.
Son oyundan sonra Traxtur komandası turnir cədvəlində 4-cü yerdə qərarlaşıb.

Facebook Comments