Meksikada ardıcıl 3 zəlzələ baş verdi

Meksikanın Çyapas ştatında 5.8 bal gücündə zəlzələ baş verib.

Sozcu.az xəbər verir ki bu barədə ölkənin Milli Seysmologoya Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Syudad-İdalqo şəhərindən 70 km cənubda, yerin 17 km dərinliyində baş verib.

Bir müddət sonra 5 bal gücündə ikinci zəlzələ olub. İkinci zəlzələdən 1 saat sonra Akapulko şəhəri yaxınlığında 4 bal gücündə üçüncü zəlzələ baş verib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Facebook Comments