İran karateçisi qızıl medalını Qarabağda ölmüş erməni döyüşçünün ailəsinə bağışladı…-FOTO

Ermənistanın kyokuşin karate üzrə 12-ci açıq çempionatında birinci yeri tutmuş İran idmançısı Əhməd Bağeripur öz qızıl medalını Qarabağda, Azərbaycana qarşı döyüşlərdə öldürülmüş erməni karateçi Artur Sukiasyanın ailəsinə hədiyyə etmək qərarına gəlib.

Sozcu.az xəbər verir ki, bu haqda İranın Ermənistandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Artur Sukiasyan və Əhməd Bageripur bir neçə çempionatda birlikdə oynayıb və dostluq münasibətləri qurublar.

İranlı idmançı 13 yanvarda qızıl medalını Artur Sukiasyanın ailəsinə çatdırılması üçün Ermənistanın İrandakı səfirliyinin üçüncü katibi Qor Şahverdyana təqdim edib.moderator

Facebook Comments