51 yaşlı aktrisanın gözəllik sirri bəlli oldu

Aktrisa Naomi Uotts müsahibələrindən birində gözəllik sirrlərindən danışıb.

Sozcu.az axşam.az-a istinadən bildirir ki, “Vogue” jurnalına müsahibə verən Uotts xarici görünüşü ilə bağlı açıqlama verib.

“Günəşin ultra bənövşəyi şüalarından qorunmaq üçün hər gün qoruyucu kremdən istifadə edirəm. Yayda belə istirahətə gedəndə günəş vannası qəbul etmirəm. Hər gün ən az 8 saat yatıram. Gündə iki litr su içirəm. Çalışdığım qədər evdə bütün işlərimi özüm görürəm. Bununla da idman etmiş oluram. İllər keçdikcə yaşımız artır, bunu qəbul edib xarici görünüşümüzə diqqət etməliyik” – deyə, Naomi, bildirib.

Facebook Comments