Pakistanda elektrik enerjisi təchizatı bərpa edilib – YENİLƏNİB

Pakistan ərazisinin böyük hissəsində yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatı bərpa edilib.

APA-nın xəbərinə görə, bu barədə “Pakistan” radiosu məlumat yayıb.

Pakistan Milli Enerji Şirkətində elektrik enerjisi təchizatında yaranmış problemin araşdırılması üçün komitə yaradılıb.

***

saat 10.22

Dünən axşamdan Pakistanın bütün ərazisində yaşayış məntəqələri enerji şəbəkəsindəki problem səbəbindən elektrik enerjisindən məhrum olub.

APA-nın xəbərinə görə, bu barədə “Dawn” portalı məlumat yayıb.

Pakistanın energetika naziri Omar Əyyub Xan vətəndaşları yaranmış mürəkkəb situasiyada təmkin nümayiş etdirməyə çağırıb. Nazir hökumətin “Tarbele” elektrik stansiyasından elektrik enerjisinin qismən ötürülməsini təmin etməyə çalışdığını bildirib.

Facebook Comments