“Aktrisalığa başlasam, botoks etdirməməliyəm”

Türkiyəli müğənni İrem Derici “Radyo Juke” verilişində qonaq olub.

Sozcu.az axşam.az-a istinadən bildirir ki, İ.Derici aktrisalıq etməyə müsbət baxdığını bildirib:

“Aktrisalığa başlasam, botoks etdirməməliyəm. Özümü izləyəndə heç bəyənmədim. Səsim və üz ifadələrim yaxşıdır, amma qaşlarımın tərpənməməsini bəyənmədim”.

Qeyd edək ki, İ.Derici sonuncu dəfə “Menejerimi ara” serialında rol alıb.

Facebook Comments