Trampın tərəfdarları Konqresin binasına girdilər – CANLI

ABŞ Prezidenti Donald Trampın on minlərlə tərəfdarı Vaşinqtonda seçkilərin Co Baydenin qələbəsi ilə başa çatmış nəticələrinə etiraz olaraq aksiyaya başlayıblar.

Sozcu.az “RİA Novosti”yə istinadən xəbər verir ki, minlərlə insan Ağ Evdən cənuba doğru hərəkət etməyə başlayıb.

ABŞ-da Kapitoliya binasının qarşısında etirazçılarla polis arasında toqquşma baş verib. Belə ki, polis onlara qarşı gözyaşardıcı qazdan istifadə etməli olub. Yaralananlar var.

Konqresmen Ceyms Lenkford Tvitter hesabında etirazçıların Kapitoliya binasına daxil olaraq Senat zalını mühasirəyə aldığını bildirib.

Facebook Comments