“Hamıya aydındır ki, təklif hökumətdən gəlib” – Pənah Hüseyn

“Hökumətin (Tarif Şurasının) Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiymətini 11 faiz bahalaşdırması bütün sahalərdə bahalaşmaya səbəb olmaqla həm iqtisadi tarazlığa həm əhalinin yaşam səviyəsinə, həm də manat məzənəsinin düşəcəyinin anonsu olmaqla maliyyə sabitliyinə, ümumi sosial- psixoloji övqata sistem xarakterli zərbədir”.

Sozcu.az xəbər verir ki, bunu AXP sədri Pənah Hüseyn Tarif Şurasının Aİ-92 markalı benzin və dizelin qiymətlərini bahalaşdırmasına münasibət bildirərkən deyib:

“Keçən məlumatlardan görünür ki, digər enerji mənbələrinin bahalaşması da zaman məsələsidir. SOKAR- ın pərakəndə satış qiymətinə nə aidiyəti var ki, təklif onun adından təqdim olunur? Hamıya aydındır ki, təklif hökumətdən gəlib. Qərarın əsaslandırma hissəsi heç bir tənqidı – təhlilə layiq belə deyil və insanları ələ salmaq təsiri bağışlayır. AXP olaraq bu qərarı pisləyir, ona yenidən baxılıb ləğv edilməsini, yaxın 3 il üçün enerji məhsullarına pərakəndə satış qiymətlərinin stabilliyinin saxlanması haqqında qərar qəbul edilməsini məqsədəuyğun hesab edirik”.

Facebook Comments