İzmirdə yenidən güclü zəlzələ oldu

Türkiyənin İzmir şəhərinin Urla rayonunda 4 bal gücündə zəlzələ olub.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerin 6,84 kilometr dərinliyində qeydə alınıb. Yeraltı təkanların episentri isə Urladan 19,49 kilometr məsafədə yerləşib.

Qeyd edək ki, dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Facebook Comments