Fransada Yeni il gecəsi 60-a yaxın avtomobil yandırıldı

Fransanın şərqində yerləşən Aşağı Reyn şəhərində 60-a yaxın avtomobil yandırılıb.

Sozcu.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Çoxsaylı yanğınlar barədə ilk məlumat dekabrın 31-də saat 19:00-da daxil olub. Gecə yarısından sonra ölkənin Müntsiq, Savern, Selestat və Ostvald şəhərlərində çoxsaylı vandalizm aktı aşkar edilib. Yanğınları törədən cinayətkarlar barədə hələ ki, məlumat yoxdur.

Facebook Comments