“Mançester Siti”də koronavirusa yoluxanların sayı məlum oldu

“Mançester Siti”də koronavirusa yoluxanların sayı müəyyənləşib.

Sozcu.az “The Athletic”ə istinadən xəbər verir ki, Mançester təmsilçisində bazar günü daha 3 futbolçunun koronavirus testinin müsbət çıxdığı məlum olub. Cümə günü isə futbolçular Qabriel Jezus, Kayl Uoker və iki klub işçisində koronavirus aşkarlanmışdı. Beləliklə, klubda koronavirusa yoluxanların sayı 7-yə çatıb.

Məhz bu səbəbdən də dünən keçirilməli olan “Everton”la İngiltərə Premyer Liqasının 16-cı tur oyunu təxirə salınıb.

Bildirilib ki, yoluxma hallarına görə “Mançester Siti”nin Premyer Liqada “Çelsi” (3 yanvar) və Liqa Kubokunun yarımfinalında “Mançester Yunayted”ə qarşı (6 yanvar) matçları da təxirə salına bilər.

Qeyd edək ki, bundan əvvəl komandada İlkay Gündoğan, Emerik Laporte və Riyad Mahrez koronavirusa yoluxmuşdular. Onlar artıq sağalıblar.

Facebook Comments