Trampı dəstəkləyən qəzet də ona arxa çevirdi – “Dəliliyi burax…”

ABŞ-da günlük olaraq dərc olunan və Donald Trampa verdiyi dəstəyi ilə tanınan “New York Post” qəzetinin bu günki sayı hamını təəccübləndirib.

Sozcu.az xəbər verir ki, qəzetin bu günki manşeti “Dəliliyi burax” başlığıyla çıxıb. Qəzetin manşeti ölkədə gündəm olmaqla yanaşı, vətəndaşların ən çox müzakirə etdiyi mövzulardan biri olub. ABŞ-da 3 noyabrda prezident seçkilərində Co Baydenə uduzan Trampa 4 ildir dəstək verən qəzet də ona arxasını çevirib.

Qəzetin üz qabığında elan etdiyi xəbərlərin mərkəzində, “Cənab prezidentimiz, sizi başa düşürük, seçkini uduzduğunuz üçün əsəbisiniz. Ancaq bu yola davam etmək daha pisdir” – yazıb. Qəzet üstüörtülü də olsa Baydeni dəstəklədiyini bildirib və Tramp haqqında bunları yazıb:

“Seçkini araşdırmaq üçün hər bir haqqınız var idi, amma gəlin səmimi olaq bu qədər araşdırmalara baxmayaraq heç bir şey ortaya çıxmadı”.

Facebook Comments