ABŞ və Rusiya arasında gərginlik böyüyür – Kremldən kritik açıqlama

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Rusiyanın ABŞ-a haker hücumları ilə əlaqəsinin olmadığını söyləyib.

Sozcu.az xəbər verir ki, Kremlin sözçüsü ABŞ tərəfinin bununla bağlı iddialarının doğru olmadığını deyib.

“Buna münasibət bildirmək istəməzdim, çünki özünüz də başa düşürsünüz ki, bu cür mesajların etibarlılıq dəyəri son dərəcə aşağıdır. Bu mesajlara inanmaq mümkün deyil”, – Peskov qeyd edib.

Prezidentin mətbuat katibi Kremlin dəfələrlə Rusiyanın haker hücumları ilə əlaqəsinin olmadığını qarşı tərəfə bildirdiyini də xatırladıb.

Əlavə edək ki, ABŞ Dövlət Departamenti ölkənin Maliyyə və Xəzinə nazirliklərinə, o cümlədən Milli Kəşfiyyat Xidmətinə hakter hücumları ilə əlaqədar Rusiyanı ittiham edib.

Facebook Comments