ABŞ “Beş göz”ü Rusiyaya qarşı birləşməyə çağırır

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayn “Beş göz” beynəlxalq kəşfiyyat alyansının nümayandələri ilə ABŞ-ın kompüter şəbəkələrinə miqyaslı kiberhücumu müzakirə edib.

Sozcu.az xəbər verir ki, bu məlumatı CNN yayıb. Məlumata görə, Obrayn telefon danışığı zamanı alyansa üzv ölkələrdən kiberhücumlarla bağlı ortaq bəyanat yayılmasını istəyib.

Qeyd edək ki, “Beş göz”ə Avstraliya, ABŞ, Kanada , Yeni Zelandiya və Birləşmiş Krallıq daxildir.

ABŞ bundan öncə öz kompüter şəbəkələrinə kiberhücumun arxasında Rusiyanın dayandığını iddia edib.

Facebook Comments