Urmuda Qarabağın azadlığına dəstək verən müttəhimlərin məhkəmə istintaqının müddəti uzadılıb

Hökmə əsasən adı çəkilən fəalların göstərilən müddət ərzində toplantılara qatılmaları qadağan edilib.

Urmulu mədəni fəallar Hüsniyə İntixabi Həsənluyi, İrfan Mehdixani Saatlu, Salar Tahir Əfşar, Rza İbrahimzadə, Babək Hüseynzadə, Ramin Dabəxş, Əmir İzzəti Heydərlu, Ramin Dehqan, Yunis Şirzad Cavan, Cavad Rzayi, Fərhad Məhəmmədi və Səhənd Behnəmun, məhkəmənin onlayn sistemi vasitəsi ilə aldıqları hökmlə Urmiya Dövlət və İnqilab Prokurorluğunun 8 saylı şöbəsində açılan iddia üzrə məhkəmə istintaqlarının müddətinin uzadılması barədə məlumat alıblar.

İstintaqın 8-ci şöbəsinin rəisi hakim “Məhəmməd Rza Qənizadə” Cinayət Prosessual Məcəlləsinin 12-ci maddəsinə istinadən, adı çəkilən azərbaycanlı fəalların “ictimai asayişi pozmaq” ittihamı ilə təqsirləndirilməsi ilə bağlı istintaq qərarını 12 ay uzadıb.

Hökmə əsasən adı çəkilən fəalların göstərilən müddət ərzində toplantılara qatılmaları qadağan edilib.

Xatırladaq ki, 1 oktyabr 2020-ci ildə Azərbaycan milli-mədəni fəalları Azərbaycannın işğal olunmuş ərazilərinin azad edilməsi əməliyyatlarına dəstək olmaq üçün dinc aksiya çağırışları etmişdilər.
Bu çağırışdan sonra İran hökuməti təhlükəsizlik və hüquq-mühafizə qüvvələrini Azərbaycan şəhərlərinin əsas meydanlarında yerləşdirimışdı. Urmu, Təbriz, Zəncan, Ərdəbil və Tehran şəhərlərində dinc aksiyada iştirak edənlər qanunsuz şəkildə və heç bir əsas göstərilmədən həbs edilmişdilər.

Facebook Comments