Azərbaycanda bu partiyalara 4 milyon manat vəsait ayrılacaq

Milli Məclisdə təmsil olunan partiyalara 2021-ci ilin dövlət büdcəsindən ayrılan vəsaitin həcmi məlum olub.

Sozcu.az-ın məlumatına görə, bu, Milli Məclisə təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

2021-ci ilin dövlət büdcəsində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının təmsil olunduğu siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 4,0 milyon manat vəsait nəzərdə tutulub.

Facebook Comments