Suares əməliyyat olundu

“Barselona”nın futbolçusu Luis Suares mövsümün sonuna qədər meydana çıxa bilməyəcək.

Sozcu.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, uruqvaylı forvard dizindən əməliyyat olunub.
Onun mayın 25-də keçiriləcək İspaniya kubokunun finalında “Valensiya” ilə matçda iştirakı da sual altındadır.

Qeyd edək ki, 32 yaşlı futbolçu bu mövsüm Kataloniya klubunun heyətində 49 oyuna 25 qol vurub.(Qol.az)

Facebook Comments