“Klopp kimi davransaydım, qovulardım” – Mourinyo

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasının 13-cü turunda “Liverpul”a uduzduqları oyun (1:2) haqda danışıb.

Sozcu.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis matçdan sonra rəqibin çalışdırıcısı Yurgen Kloppla söhbət etdiyini və ona məğlub olmağa layiq olmadıqlarını dediyini söyləyib:

“Oyundan sonra Kloppla danışdım. Ona ən yaxşı komandanın uduzduğunu dedim. Klopp mənimlə razlaşmadı. Lakin bu, onun fikridir. Meydandan kənarda Klopp kimi davransaydım, qovulardım. Film çəkirik? Səbəbini təbii ki, bilirik. Mən fərqliyəm.

Oyunda qalib gəlməyə çox yaxın idik. Şansımız var idi, amma məğlub oludq. Matç bizim nəzarətimiz altında idi. Heç-heçə belə bizim üçün pis nəticə olardı. Məğlubiyyətin necə hiss yaşatdığını təxmin edə bilirsiniz?”.

Qeyd edək ki, “Tottenhem” sözügedən oyunda uduzmaqla turnir cədvəlindəki liderliyi əldən verib. Hazırda siyahıya 28 xalla “Liverpul” başçılıq edir. “Tottenhem” 25 xalla 2-ci, “Sauthempton” isə 24 xalla 3-cüdür.

Facebook Comments