Təbriz şəhərində gecə vərəqələri yayılıb

Təbriz şəhərində milli-mədəni fəallar gecə vərəqələri şəklində geniş bəyanat yayıblar.

Milli fəallar Təbriz şəhərinin bütün bölgələrində minlərlə gecə vərəqələri yayaraq İran həbsxanalarında saxlanılan azərbaycanlı siyasi məhbusların azadlığını istəyiblər.

Bəyanatda Azərbaycan xalqına qarşı ayrı-seçkiliyə toxunaraq, Güney Azərbaycan türklərinin ilkin insani və vətəndaşlıq hüquqlarından məhrum edildiyi vurğulanıb.

Onlar eyni halda koronovirusun yayıldığı bir dönəmdə siyasi məhbusların azadlığa buraxılmalarını tələb ediblər.

Son günlər Güney Azərbaycan şəhərlərinin əksəriyyətində milli-mədəni fəallar plakard, broşur, grafit, duvar yazıları və başqa vasitələrlə həbsdə olan siyasi və milli-mədəni fəallaın sağlamlıqları ilə bağlı nigarançılıqlarını ifadə ediblər.

Onlar, həbsxana və məhkəmə məsullarının siyasi məhbusların həyatına qarşı laqeydliklərinə etiraz edib, Abbas Lisani, Yusif Kari, Vasiqi qardaşları və başqa siyasi məhbusların sərbəst buraxılmalarını tələb ediblər.

Facebook Comments