“Azərbaycanda 10 dekabr tarixinə 10 milyon nəfər koronavirusa yoluxmalı idi…”

Dünya üzrə Covid-19 virusunun yayılma əmsalı ölkədən-ölkəyə dəyişir, amma vurusun çox bulaşıcı olduğunu nəzərə alsaq (çünki hamı elə deyir), virusun yayılma koofisenti ortalama 2-yə bərabərdir, yəni, bir yoluxmuş xəstə, simptomlar yaranana və izolyasiya olunana qədər (dünyada insanların 40%-dən yuxarısı ümumiyyətlə heç bir simptomsuz virusa bulaşır, daşıyıcı olur və sağalır), ən azı 2 nəfəri yoluxdurur.

Xub, bu ki, adi hesablama və riyaziyyatdır, deməli, yoluxma həndəsi silsilə ilə artmalıdır. Məsələn, məmləktdə əvvəlki ayları qoydum kənara, amma noyabr ayının 28-də Azərbaycanda ilk dəfə yoluxma halı rəsmən 4000 nəfəri keçdi, deməli həmin 4000 nəfər ən azı 8000 nəfəri yoluxdurub, həndəsi silsilə ilə 8000 nəfər də 16000 vətəndaşı, 16000 insan 32 min vətəndaşı və beləliklə 10 dekabr tarixinə artıq 10 mln. nəfər yoluxmalı idi.

Bunu mən demirəm ha, riyaziyyat və yoluxma əmsalı deyir – ya ölkə əhalisinin hamısı artıq yoluxub, sağalan-sağalıb, ya da virusun dəhşətli dərəcədə bulaşıcı olması doğru təsbit deyil. Başqa necə izah etmək olar?! Mən iqtisadçı kimi yanaşdım, həkimlər, virusoloqlar bu məsələni necə açıqlaya bilər?!

Natiq Cəfərli

Ekspert

Facebook Comments