Moskva ilə Helsinki arasında uçuşlar dekabrda bərpa edilir

Rusiyanın “Aeroflot” aviaşirkəti dekabrın 24-dən etibarən Moskva ilə Helsinki arasında uçuşları bərpa edəcək.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə şirkətin Finlandiyadakı nümayəndəsi bildirib.

“24 dekabrdan etibarən uçuşlar 31 dekabr istisna olmaqla martın axırına qədər cümə axşamı günləri həyata keçiriləcək” , – nümayəndə deyib.

Xatırladaq ki, iki ölkə arasındakı birbaşa hava və dəmir yolu əlaqələri koronavirus pandemiyası səbəbindən ilin ikinci rübündən dayandırılıb.

Finlandiya ilə Rusiya Federasiyası sərhədi 12 yanvar tarixinə qədər turistlər üçün bağlı qalacaq.

Facebook Comments