Mingəçevirdə velosipedçini maşın vurub, vəziyyəti ağırdır – YENİLƏNİB

Mingəçevirdə maşının vurduğu velosipedçinin kimliyi məlum olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, 1971-ci il təvəllüdlü Əliyev Mübariz Həsrət oğludur.

O, əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

***

20:16

Mingəçevirdə velosipedçinin vurulması ilə nəticələnən yol qəzası baş verib

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Təbriz küçəsində baş verib.

“VAZ 21015” markalı minik maşını hərəkətdə olan velosipedçini vuraraq ona müxtəlif bədən xəsarətləri yetirib. Kimliyi hələlik müəyyənləşdirilməmiş, təxminən 50-55 yaşlı xəsarət alan kişi ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Facebook Comments